Telesatış operatoru

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Satış həcminin artırılması üçün şirkətin göstərdiyi xidmətlərlə bağlı telefon vasitəsilə müştərilərə məlumat vermək;
- Müştərilərdən gələn sorğuları operativ və dolğun şəkildə cavablandırmaq;
- Satışlar barədə gündəlik hesabatlar hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
- Satışdan sonra müştərilərə məlumat xarakterli xidmət dəstəyi göstərmək.

Namizədə tələblər:

- Cinsi: Qadın
- Təhsil: Ali
- Yaş həddi: 23-30
- Dil bilikləri: Azərbaycan dili - səlis (şifahi və yazılı), rus və ingilis dili - arzuolunandır
- Texniki biliklər: “MS Office” proqram təminatı paketindən sərbəst istifadə
- Təcrübə: Telemarketinq və ya telesatış sahəsində minimum 1 il

Bacarıqlar:

- Stressə davamlılıq;
- Eyni tipli sualları səbr və təmkinlə cavablandırmaq;
- Komandada işləmək bacarığı

Son müraciət tarixi: 15 iyun 2021-ci il

Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən müəyyənləşdiriləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlərdən vəzifə adını “Mövzu” bölməsində qeyd etməklə CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Horizon Consulting & Support Services tərəfindən digər vakansiyalar