Mühəndis-Mexanik

  • AzerFloat
  • Elanın qoyulma tarixi: 24.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və Öhdəlikləri:

- Avadanlıqların etibarlı və təhlükəsiz işləməsi, onların texniki cəhətdən düzgün istismar olunmasını təmin etmək;
- Texniki təmir planına uyğun olaraq avadanlığa texniki baxış qrafiki, onun sınaqdan keçirilməsi, proflaktik təmirini təşkil etmək;
- Avadanlığın təmirə verilməsi üçün normativ materialların işlənilməsini, təmir-istismar ehtiyacları smetasının tərtibini, avadanlığın saz işləməsi üçün lazım olan material və ehtiyat hissələrini almaq üçün sifarişlərin verilməsini təmin etmək;
- Yük qaldıran mexanizmə və təzyiq altında olan avadanlıqlara texniki baxış və onların təhlükəsiz istismarına nəzarət etmək;
- Tam təmirə ehtiyacı olan avadanlıq və obyektin təyin olunmasını və onların təmir növbəliliyini təşkil etmək, iş planına nəzarət etmək və işlərin gedişinin hesabatlarını aparmaq;
- İşlərin gedişinə baxış zamanı qeyd olunan nöqsanların aradan qaldırılmasını təmin etmək məqsədi ilə baş mexaniklə razılaşdıraraq müvafiq tədbirlər görmək;
- Müəssisədə əməyin mühafizəsi işinin təşkil edilməsində, əməyin mühafizəsi üzrə təlimatlara riayət edilməsində, təhlükəsiz və sağlam iş şəraiti yaradılmasında yaxından iştirak etmək;

Tələblər

• Müvafiq sahə üzrə ali təhsil;
• Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
• Azərbaycan, Rus dili (yüksək səviyyədə);
• MS Office kompüter proqramlarını bilmək;
• Müstəqil və komandada işləmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

İş şəraiti:

• İş qrafiki: 9:00-18:00 5/7
• Tibbi sığorta
• Servis (20 yanvar) və nahar ilə təmin edilir
• Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Müraciətlər: [email protected] elektron poçt ünvanına göndərilməlidir. Zəhmət olmasa, mövzuda vəzifənin adını göstərin.