Sahə mühəndisi

  • Amal Group
  • Elanın qoyulma tarixi: 24.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri

• İnşaat Şöbəsinin prosedur və qaydalarına əsasən sahənin işlərinin aparılmasına dəstək verir;
• Sahə rəisinin tapşırıqlarını yerinə yetirir;
• Tabeçiliyində olan işçilərin düzgün iş bölgüsünü aparır;
• Təmir olunan və ya yeni inşa edilən bina və qurğularda konstruksiyaların möhkəmliyini, davamlılığını və etibarlılığını şəxsən yoxlayaraq qərar qəbul etmək üçün sahə rəisinə məlumat verir;
• Tam və qismən yekunlaşmış işlərin keyfiyyət nəzarətçisinə təhvilində iştirak edir və müvafiq aktları imzalayır;
• Texniki nəzarətçilər tərəfindən tərtib edilən Forma 2-ləri imzalayır (imzalmadıqda və ya başqa fikir olduqda yazılı surətdə izahat verir);
• Materialların qənaətlə istifadə edilməsinə nəzarət edir;
• Gördüyü işlərlə bağlı sahəsinin rəisinin suallarını dəqiq cavablandırır və ona hesabat verir;
• Tələb olunan avadanlıqları, toplanmalı olan nümunələri və sınaq test metodlarını müəyyən etmək məqsədi ilə texniki tapşırığı nəzərdən keçirir;
• Avadanlıq və materiallardan istehsalçının texniki şərtlərinə uyğun olaraq istifadə edilməsinə nəzarət edir;
• Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət edir;
• Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət edir;
• Birbaşa rəhbərinin nəzarəti altında problemləri aradan qaldırır, dəyişiklikləri planlaşdırır və idarə edir;
• Görülən işlərə dair günlük, aylıq, illik hesabatlar hazırlayır.

Təhsil və iş təcrübəsi

• Mülki inşaat, İnşaat mühəndisliyi sahələri üzrə ali təhsil;
• Minimum 3 il qeyd edilən sahə üzrə ümumi təcrübə.

Bacarıq və səriştələr

• Ünsiyyət və təşkilati bacarıq;
• Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
• Kompüterdə ofis programlarında sərbəst işləmək bacarığı;
• Yaş həddi 25-40

Müraciət qaydası

Zəhmət olmasa CV-lərinizi [email protected] e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Vəzifənin adını” qeyd etməyi unutmayın.