Zəif axın sistemləri üzrə aparıcı İKT mütəxəssisi

  • PMD Projects LLC
  • Elanın qoyulma tarixi: 18.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Zəif axın sistemləri (CCTV, SKS, Access Control System, TV system, İnternet xidməti) ilə bağlı texniki tapşırıqların hazırlanması;
- Fiber və Copper kabelləşməsi üzrə texniki tapşırıqların hazırlanması;
- Layihələrin Zəif axın sistemləri hissəsinin bütünlükdə koordinasiya edilməsi və statusu haqqında hesabatların verilməsi, o cümlədən aylıq hesabatların hazırlanması;
- Layihə cizgilərinə uyğun olaraq zəif axın sistemlərinin təhlil edilməsi;
- Layihə şirkətinin təqdim etdiyi zəif axın sistemləri üzrə layihələrin Zəif axın hissəsinin standartlara uyğunluğunun, sistemin tam şəkildə işləkliyinin yoxlanması və aşkar olunan problemli sahələrin aidiyyatı üzrə bildirilməsi;
- Zəif axın sistemlərinin keyfiyyətinin yoxlanılması üçün sahə baxışlarının keçirilməsi;
- Layihələrin Zəif axın sistemləri üçün seçilən avadanlıqların düzgünlüyünün yoxlanılması və layihəçi ilə sistemlərin təhlilinin aparılması;
- Zəif axın işlərinə aid sistemlər üçün tender sənədlərinin hazırlanmasında dəstək göstərilməsi, şirkətlərdən gələn təkliflərin texniki dəyərləndirilməsində iştirak edilməsi;
- İş qrafikinin və standartların razılaşdırılması, layihə boyunca nəzarətdə saxlanılması;
- Rəhbərliyə və komandaya layihədəki yeniliklərlə bağlı daimi məlumat verilməsi;
- Layihə bitdikdən sonra yekun hesabatın hazırlanması;
- Layihə üzrə mobilizasiya ofislərinin Zəif axın xidmətlərilə təmin olunması və texniki dəstəyin göstərilməsi;
- Zəif axın sistemlərinə cəlb olunan yeni əməkdaşların peşəkar inkişafına dəstək olunması;
- Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.

Tələblər:

- Ali təhsil: Müvafiq sahə üzrə ali təhsil;
- İş təcrübəsi : İKT sahəsində azı 5 il, zəif axın sistemləri ilə azı 3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili– yaxşı;
- Kompüter bacarıqları: MS Office, AutoCAD proqramında işləmək bacarığı, Visio və MS Project biliyi arzuolunandır;
- Şəbəkə ilə bağlı biliklərin olması – VLAN, Switching, IP Addressing, Routing, STP;
- Strukturlaşdırılmış kabel sistemlərini və standartları yüksək səviyyədə bilmək;
- IP, CCTV, Access Control, SKS layihələndirilməsini və şəbəkə infrastrukturunu bilmək;

Maraqlanan şəxslərdən CV və ya Müraciət ərizələrini vəzifə adı göstərilməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.

Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

PMD Projects LLC