Test üzrə mütəxəssis

  • Cybernet MMC
  • Elanın qoyulma tarixi: 17.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Təyin olunmuş layihələrin proqram təminatını test etmək;
• Səmərəliliyi artırmaq üçün həll yollarını tapmaq;
• Korporativ siyasət və proseduralara əsasən layihəni vaxtında test etmək;
• Proqram təminatının testinə başlamadan öncə test planı hazırlamaq;
• Proqram təminatının testinə başlamadan öncə müştəri tələblərini (Usecase), biznes tələblərini, analiz və dizayn sənədlərini oxuyub anlamaq və təhlil etmək;
• Proqram təminatını testkeyslər yazaraq test etmək;
• Proqram təminatı testi zamanı aşkar edilən xətaları (bug) işlərin idarəedilməsi sitemində qeydiyyata almaq və xətanın həllini izlənmək ;
• Testkeys Tələb Matrisasını tərtib etmək (RTM);
• Müştəri Testini təşkil etmək və idarə etmək (UAT);
• Test prosesi ilə əlaqəli digər fəaliyyətləri həyata keçirmək.

Əsas tələblər:

• Ali təhsil (IT ixtisası üzrə ali təhsil almışlara üstünlük verilir)
• Testçi və ya Keyfiyyət təminatı (QA) sahəsində ən az 2 il iş təcrübəsi sahəsində (telekom və IT sahələrində çalışan namizədlərə üstünlük verilir);
• Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus dili yaxşı səviyyədə bilmək (İngilis dili orta səviyyədə bilmək arzu olunandır);
• MS Office proqramları, SQL dili – ümumi anlayış;
• Jira, Confluence alətləri ilə işləmək təcrübəsi;
• Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, mövcud sistemlərin biznes məntiqlərinin sürətli mənimsəmə, komandada işləmək;
• Test növləri barədə məlumatlı olması və test zamanı istifadə etmə biliyi;
• Testkeyslərin hazırlanması biliyi;
• Test planlarının hazırlanması biliyi;
• Testkeys Tələb Matrisasını yazmaq (RTM) biliyi;
• Yaradıcı olmaq biliyi;
• Müştəri qəbul testlərinin təşkil etmək biliyi;
• Stresə davamlılıq;
• Davamlı öyrənmə və inkişafa yönümlülük.

İş şərtləri və şəraiti:

• Tibbi sığorta
• Mükafat və bonus sistemi
• Əmək haqqı – namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaq

Namizədlər öz ərizə formalarını (CV) “Test üzrə mütəxəssis” mövzusu altında [email protected] elektron ünvanına göndərə bilərlər.