Daxili audit və nəzarət şöbəsinin böyük mütəxəssisi

İşin təsviri

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Şöbənin fəaliyyət istiqaməti üzrə aydın və uzun müddətli audit planının (strategiyanın) və praktiki audit proqramın hazırlanmasında iştirak etmək;
• Audit olunmalı fəaliyyətlərin müəyyən olunmasında, proseslərin təhlil olunmasında, blok-sxemlərin hazırlanmasında və müvafiq meyarlara əsaslanaraq risk dərəcəsinin təyin edilməsində iştirak etmək;
• Agentliyin struktur bölmələrində səlahiyyətləri çərçivəsində xidməti araşdırmaların, daxili audit yoxlamalarının və monitorinqlərin həyata keçirilməsində iştirak etmək;
• Agentliyin struktur bölmələrinin xidməti fəaliyyətini tənzimləyən normativ hüquqi və digər idarəetmə aktlarının, təşkilati-sərəncamverici sənədlərin tələblərinə əməl olunmasının hüquqi qiymətləndirilməsini həyata keçirmək;
• Agentliyin struktur bölmələrinin fəaliyyətini və həyata keçirdikləri proseslərin qanunvericiliyə uyğunluğu barədə hüquqi rəy vermək;
• Daxili audit yoxlamalarının nəticələri əsasında Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, mütərəqqi və müasir iş proseslərinin tətbiqi üzrə rəhbərliyə təkliflərin verilməsində iştirak etmək;
• Struktur bölmələr tərəfindən həyata keçirilən cari və funksional işlərin icra vəziyyətinə praktiki nəzarət etmək məqsədilə tədbirlərin keçirilməsində bilavasitə iştirak etmək;
• Audit yoxlamasının nəticələri ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.

TƏLƏBLƏR:

• Ali təhsil (Hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə);
• Yaş həddi 25-40 aralığı;
• Daxili nəzarət, auditor və hüquqşünas vəzifələri üzrə azı 3 il iş stajı;
• Microsoft Office proqramlarında işləmə bacarığı;
• Rus və ya ingilis dilini səlis bilməsi arzuolunandır;
• Proseslərin təhlili yönümlü audit yoxlamalarının aparılması bacarığı.

DİGƏR:

• Əmək haqqı müsahibənin nəticəsinə əsasən müəyyən olunacaqdır;
• İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
• İstirahət günləri: şənbə və bazar günləri;
• Vakansiya üzrə müraciətin son müddəti: 27 may 2021-ci il
• İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə [email protected] poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Audit – böyük mütəxəssis) qeyd edin.