Back-end web developer

  • Company
  • Elanın qoyulma tarixi: 11.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Holdinqlərin birinə təcrübəli back-end developer tələb olunur. Bir veb-proqramçının ölkədə işləyəcə biləcəyi ən maraqlı komandalardan birinə qoşulmağa sizi dəvət edirik.

Tələblər

  • Yüksək səviyyədə PHP biliyi (Laravel, Yii, Codeigniter kimi freymvörklərdən birini bilmək üstünlükdür)
  • HTML, CSS, JavaScript mükəmməl bilmək
  • hostinq, texniki dəstək, əsas DevOps anlayışlarından xəbərdar olmaq
  • Wordpress CMS ilə yaxından tanışlıq
  • məlumat bazası ilə yaxından işləmək, e-commerce ilə təcrübəsi olmaq əlavə üstünlükdür.

Vəzifə öhdəlikləri

  • Həm sıfırdan yığılmış, həm də hazır CMS (Wordpress) üzərində olan veb-saytlara əlavə funksionalın və modulların yazılması
  • Yeni saytların və landing page-lərin yaradılması
  • Verilmiş veb-dizayn nümunəsinin yaxud şablonun back-end tərəfinin arxitekturasının qurulması
  • Mövcud saytların funksionalının daha yaxşı səviyyədə olması üçün kodların optimizasiyası

İş şəraiti

  • Namizədin bilik və bacarığından asılı olaraq 1500-2000 AZN.əmək haqqı (tam rəsmiləşmə)
  • Rahat ofis, gülərüz, mehriban və gənc kollektiv
  • Maraqlı layihələr üzərində işləmək və öünü təkmilləşdirmək imkanı

 

Maraqlanan namizədlər öz CV-lərini [email protected] ünvanına göndərə bilər. Üzərində işləmiş olduğunuz saytlara nümunə göstərməyiniz, bildiyiniz texnologiyaları ətraflı qeyd etmək tövsiyə edilir. Başlıqda "Web developer" yazmaq vacibdir.

 

Company tərəfindən digər vakansiyalar