Full Stack Developer

  • Yelo Bank
  • Elanın qoyulma tarixi: 08.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Proqram təminatının hazırlanması və düzəlişlərin edilməsi;
• Proqram təminatında yaranan xətaların aradan qaldırılması;
• Mütəmadi olaraq işlərin idarəetmə sistemi vasitəsilə daxil olan işlərin nəzərdən keçirilməsi;
• Proqram təminatı ilə əlaqəli sorğuların cavablandırılması;
• Proqram təminatının inkişafının və prosseslərinin optimallaşdırılmasının təmin edilməsi;
• Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatların hazırlanması.

Tələblər:

• Sahə üzrə ən azı 3 il iş təcrübəsi;
• Proqramlaşmanı dərindən başa düşmək və sərbəst alqoritm yazma bacarığı;
• PHP - Laravel MVC Framework bilikləri;
• Javascript - Node.js və socket ilə işləmək bilikləri;
• Redis, Memcache bilikləri;
• MySQL, MongoDB
• Linux bilikləri, NGINX və Apache kimi serverlərdən anlayışı olmaq
• Optimal SQL sorğuları, oxuna bilinən kod yazmağı bacarmaq
• RESTful bilikləri
• GIT ilə işləyə bilmək

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Könüllü tibbi sığorta proqramına qoşulma;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə “Full Stack Developer” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəgötürənin reytinqi