Beynəlxalq və ictimaiyyətlə əlaqələr

İşin təsviri

Azərbaycan Əmanətlərin Sığortalanması FonduBeynəlxalq və ictimaiyyətlə əlaqələr” vəzifəsi üzrə vakansiya elan edir.

Əsas tələblər:

Ali təhsilli olmalı;
İctimaiyyətlə əlaqələr sahəsində ən azı 2 il iş təcrübəsi olmalı;
Azərbaycan və ingilis dillərini mükəmməl bilməli (əlavə olaraq rus dilini bilənlərə üstünlük verilir);
MS Office proqramında işləməyi bacarmalı (Power Point proqramını mükəmməl bilməlidir);
Əlaqə və ünsiyyət qurma qabilliyətinə malik olmalı;
Komandada işləmək bacarığına malik olmalı;
İşə yaradıcı yanaşmalı, yeni ideyalara malik olmalı;
Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığına malik olmalı.

Vəzifə öhdəlikləri:

Reklam tədbirlərini əks etdirən illik plan və hesabatı hazırlayır və rəhbərliyə təqdim edir;
Fondun reklam siyasətinin qurulmasında iştirak edir və həyata keçirir;
Reklam kampaniyasının keçirilməsi üçün tələb olunan smetanı hazırlayır və rəhbərliyə  təqdim edir;
Fondun fəaliyyətini və ictimai münasibətlərini əks etdirən mətbuat konfranslarının, görüşlərin hazırlanması ilə bağlı işlər görür;
Fondun işinə aid foto və video arxivinin vaxtaşırı olaraq yenilənməsini təmin edir;
KİV (qazet, jurnal, radio və televiziya) köməyi ilə reklamın yayımlanmasını təşkil edir;
KİV-də Fondun fəaliyyəti və onun rəhbərliyi ilə bağlı materialların monitorinqini aparır, analitik məlumatlar hazırlayır;
Fondun veb səhifəsini və fəaliyyətini əks etdirən nəşrlər (kitabça, buklet və s.) üçün nəzərdə tutulan məlumatı hazırlayır, yerləşdirir, saxlayır və genişləndirir;
Ölkədə və xaricdə fəaliyyət göstərən oxşar təşkilatlarda reklamın təşkilini tədqiq edir və təkliflər hazırlayır;
Marketinq, reklam və izahedici materialları hazırlayır;
Fondun fəaliyyətini əks etdirən məlumatları hazırlayır, yerləşdirir, saxlayır (veb səhifə, buklet və s. üçün)
Kütləvi informasiya vasitələrində iştirakçı bankların reyestrində aparılmış dəyişikliklər haqqında bildirişi dərc etdirir.

CV-ləri [email protected] ünvanına “Beynəlxalq və ictimaiyyətlə əlaqələr” mövzusu ilə göndərməyiniz xahiş olunur.

 

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən digər vakansiyalar