Sistem Administratoru

İşin təsviri

Azərbaycan Əmanətlərin Sığortalanması FonduSistem Administratoru” vəzifəsi üzrə vakansiya elan edir.

Əsas tələblər:

İT sahəsində müvafiq ali təhsil;
Windows Server 2003,2008, LINUX  əməliyyat sistemləri üzrə mükəmməl bilikləri olmalı;
LAN, WLAN şəbəkələrlə işləmə bacarığı olmalı;
İnfrastrukturun planlaşdırılması, inkişafı və yeni avadanlıqların alınmasını təşkil etmək bacarığı olmalı;
MS Active Directory, DNS, DHC, İSA, TMG, MDaemon Mail serverlərini mükəmməl bilməli;
PL/SQL proqramlaşdırma dilinin əsaslarını bilməli;
ORACLE məlumat bazasının əsaslarını bilməsi arzuolunandır;
Azərbaycan və ingilis dillərini bilməli (əlavə olaraq rus dilini bilənlərə üstünlük verilir);
Məsuliyyətli olmalı;
 Təhlil etmə bacarığına malik olmalı;
Komandada işləmək bacarığına malik olmalı;
Ünsiyyətçil olmalı;
İşə yaradıcı yanaşmalı, yeni ideyalara malik olmalı.

 Vəzifə öhdəlikləri:

Şəbəkə xidmətinin daimi işləməsini təmin edir, mərkəzləşmə üsulu ilə işlənilən və şəbəkə avadanlıqları, təhlükəsizlik, əməliyyat sistemləri, səsli və informəsiya kommunikasiyaları sistemlərini saxlayır;
Serverləri istifadə edərək maliyyə baxımından inteqrallaşdırılmış kompyüter sistemlərini istifadə zamanı saxlayır, gücləndirir və inkişafını təmin edir;
Şəbəkəyə qoşulmuş kompüterlərin, məlumat bazasının təhlükəsizliyini və daimi işləməsini təmin edir;
İnternet kanalı və elektron poçtun daimi işləməsini təmin edir;
Veb səhifənin dəstəklənməsini təmin edir;
İnternet protokolu (İP), səsli telefon və video kommunikasiya sistemləri xidmətləri göstərir;
Fondun bütün şöbələrini idarəedici, məlumatlandırma və texnologiyalara dair xidmətlərlə təmin edir;
Kompüterlərdən istifadə ilə əlaqədar keçirilən müsabiqələrin və təlimlərin təşkilini təmin edir;
Məlumatların təhlükəsizliyi və saxlanmasını təmin edir;
Fondda məlumatın elektron arxivləşmə işini təşkil edir.

Əmək haqqı 1500 AZN

CV-ləri [email protected] ünvanına “Sistem Administratoru” mövzusu ilə göndərməyiniz xahiş olunur.

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən digər vakansiyalar