İngilis Dili İnstruktoru

  • Code Academy
  • Elanın qoyulma tarixi: 02.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

- Code Academy Tech English və Digital Literacy kurrikulumu ilə ingilis dili tədrisini həyata keçirmək
- 17+ yaş qrupa Elementary və Pre-intermediate səviyyələrində dərs vermək
- Tələbənin dərsə hazırlığı və iştirakı barədə düzgün və effektiv rəy bildirmək
- Tələbənin suallarına e-mail vasitəsilə rəy bildirmək

Biz sizə həftədə 5 günlük iş rejimi təklif edirik.

İş saatları: 19:00-21:45

Görmək istədiyimiz bilik və təcrübə:

- 7+ IELTS
- Pedaqoji təhsil mütləqdir
- Ən azı 1 il pedaqoji təcrübə mütləqdir
- CELTA və TKT olması üstünlükdür
- Hər yaş qrupu ilə işləyə bilmək bacarığı
- Qrup və individual yanaşma bacarığı
- Müəllimlik işini sevmək

Axtardığımız qabiliyyətlər:

- Tələbəni düşündürə bilmək və onu sual verməyə təşviq edə bilmək
- Məsuliyyətlilik
- Gülərüzlülük
- Güclü ünsiyyət bacarığı
- Səbirlilik
- Öyrənməyə açıq olmaq
- Özünəinam

Vəd etdiklərimiz

- Peşəkar heyətiylə professional formada inkişaf etdirəcək iş mühiti
- Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi
- Öz ixtisasınızla bağlı spesifik biliyə yiyələnmək imkanı
- Müvəffəqiyyətlə işlədiyiniz 1 ilin sonunda Code Academy daxilindəki bütün dərslərə giriş imkanı

Əmək haqqı sizin gözləntiniz və saatlar nəzərə alınaraq sizi qane edəcək səviyyədə olacaq.

Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər https://qlor.me/ko8b5gq7 linkinə daxil olaraq müraciət edə bilərlər. Yalnız müsahibə mərhələsinə keçən namizədlərlə əlaqə saxlanılacaq.