Koordinator

  • Baku Electronics
  • Elanın qoyulma tarixi: 26.04.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə təlimatı:

• Cavabdeh olduğu şöbədə vahid təlimatların, tələblərin operativ icrasını təmin etmək;
• Şöbənin səliqəliliyinə nəzarət etmək ;
• Kampaniyalar, xidmətlər, qiymət dəyişikliyi və s. haqqında satış məsləhətçilərini məlumatlandırmaq məqsədilə gündəlik brifinqlər keçirtmək;
• Şöbənin işçilərinin işlərinə nəzarət etmək;
• Tələb olunan qiymət dəyişikliklərinin dərhal aparılmasına nəzarət etmək;
• İş prosesi zamanı yaranan problemlər haqqında tabe olduğu rəhbərinə dərhal məlumat vermək;
• Məhsul sayımını aparmaq, çatışmazlıq aşkar olunduğu zaman akt tərtib etmək və iş rəhbərinə məlumat vermək;
• Cavabdeh olduğu şöbəyə daxil olan hər bir müştəriyə özəl xidmət göstərilməsinə nəzarət etmək.

Tələblər:

• Ali təhsil;
• Müvafiq sahədə minimum 3 -5 il iş təcrübəsi;
• Azərbaycan və rus dillərini mükəmməl bilməli, ingilis dili biliyi isə arzu olunandır;
• Üzərinə düşən vəzifələri vaxtında, keyfiyyətli və müstəqil icrasını həyata keçirtmək;
• Loyallıq və şirkət qaydalarına riayət etmək;
• Vəzifədən irəli gələn təlimatları və prosedurları yerinə yetirmək;
• Yüksək idarəçilik bacarıqlarına sahib olmaq.

Əmək haqqı: Müsahibə zamanı müəyyən olunur

Vakansiyaya müraciət üçün CV-nizi “Koordinator” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi