Kopirayter

  • Company
  • Elanın qoyulma tarixi: 22.04.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Biz vəd edirik:

- Şəhərin mərkəzində yerləşən ofisdə kreativ ab-hava;
- Ünsiyyətcil, gülərüz, yaratmaq eşqi ilə alışan komandanın üzvü olmaq;
- Qlobal brendlərlə işləmək;
- Müxtəlif layihələrdə öz potensialını göstərmək imkanı;

Biz istəyirik:

- Reklam agentliyində kopirayter kimi ən azı 1 illik təcrübə;
- Maraqlı portfolioya malik olmasını;
- Müstəsna yazı bacarığı. Azərbaycan və rus dillərində səhv etmədən maraqlı məzmun yazıb-yaratmasını;
- Detallara diqqət etməyini, deadline-larla işləməyi bacarmasını;
- Yeni trendləri və rəqiblərin fəaliyyətini izləməyini;
- Ünsiyyətcil, şən və zarafatcıl olmasını.

Tələblər:

• Məhsullar və brendlərin texniki xüsusiyyətlərini araşdırmaq;
• Unikal və yeni konsepsiyaları inkişaf etdirmək;
• Maraqlı ideyaları ərsəyə gətirmək üçün art-direktorlarla işləmək;
• Məzmun, reklam və digər reklam vasitələri üçün səlis, aydın və inandırıcı mətnlər yazmaq;
• Sərbəst şəkildə axtarış və araşdırma etmək;
• Lazım olduqda və ya müştərinin şərhlərinə əsasən məzmunu yenidən nəzərdən keçirmək və düzəlişlər etmək;
• Gələn sorğulara vaxtında cavab vermək;
• Sıx tarixlərlə çalışmaq;
• Orfoqrafik və qrammatik səhvlərinin olub-olmadığını yoxlamaq;
• Reklam kampaniyasını tam inkişaf etdirmək üçün media departamenti və production şöbəsi ilə işləmək;
• Yaradıcı qrup ilə həm vizual, həm də mətn üçün fərqli fikir və konsepsiyalar yarada bilmək;
• Məzmun hazırlanması üçün dizaynerlərlə işləmək.

Əgər axtardığımız düşünən beynin və yazan əlin sən olduğunu düşünürsənsə, CV və portfolionu “Kopirayter[email protected] başlığı ilə e-mail ünvanına göndərə bilərsən. Portfoliosuz CV-lərə baxılmayacaq.