PHP Developer

İşin təsviri

İşin təsviri:

• Vebsayt, tətbiq və s. həllərin kodlaşdırılması. Standart HTML / CSS təcrübələrini istifadə edərək veb sayt tərtibatı / istifadəçi interfeysi yaratmaq
• Veb sayt yeniləmələrini tətbiq etmək. Veb saytın qorunması, genişləndirməsi və inkişafı
• APİ-lərlə işləmə bacarığı. Müxtəlif back-end xidmətləri və satış bazaları ilə inteqrasiyasını təmin etmək
• Rəylər və testlər üzrə üzə çıxan problemləri müəyyənləşdirmək və həll yollarını təqdim etmək
• Kodun standartlara cavab verdiyini, etibarlı olduğunu, düzgün qurulduğunu və brauzerlər, cihazlar və ya əməliyyat sistemləri ilə uyğunluğunu yoxlamaq

Namizədə dair tələblər:

• Ali təhsil
• Müvafiq sahədə ən azı 2 il təcrübəsi
• PHP proqramlaşdırma dili üzrə yaxşı bilik
• JavaScript, HTML, CSS üzrə bacarıqlar.
• Baza idarəetmə sistemləri üzrə biliklər (Mysql, MariaDB, MSSQL).
• Komanda ilə işləmə bacarığı.
• Proqramlaşdırma dili və texniki terminoloji biliklər.
• Digər şəxslər tərəfindən yazılmış kodları anlama, əlavələr və düzəlişlər etmə.
• Texniki ingilis və rus dili biliyi
• Stressə davamlı
• Texnologiya sahəsində baş verən yenilikləri öyrənib tətbiq etmə keyfiyyətləri

İş qrafiki və şərtlər:

- Ünvan: Mətbuat pr., 31/40 (Müsəbəyov parkı)
- 6 günlük iş həftəsi
- Əmək haqqının miqdarı namizədin malik olduğu bacarıq və biliklərə görə dəyişir
- Korporativ nömrə

Maraqlanan və uyğun namizədlər mövzu yerində “PHP Developer” yazmaqla öz CV-lərini
[email protected] ünvanına göndərə bilərlər.