Vəzifə öhdəlikləri
* Günlük, həftəlik və aylıq tikinti hesabatlarının hazırlanması.
* FORMA 2 hazırlanmasına dəstək olmaq.
* Tikinti sahəsində icarə maşın və avadanlıqlara nəzarət, müvafiq aylıq hesabatlara və aktlara nəzarət etmək.
* İşçi tabelinin tutulması.
* İşçilərin işə giriş və işdən çıxış proseslərində mərkəz ofis ilə kordinasiyalı işləmə.
Namizəd üçün tələblər
* Sadalanan vəzifə öhdəliklərini riyazi savadı olan, analitik yönümlü təhsil alan şəxslər uğurla icra edə biləcəklər.
* Ms Excel proqramında sərbəst işləmə bacarığı(Hesabat hazırlama, Çox istifadə edilən funksiyaları bilmə) olmalıdır.
* Tikinti sahəsində işləmə həvəsi və səbri olmalıdır.
* Qətiyyətlilik, məsuliyyət, səbr və insanlarla rahat münasibət qura bilmə bu vəzifənin uğurlu icrası üçün vacib keyfiyyətlərdir.
İşyeri xüsusiyyətləri
* İşçi ilə olan münasibətlər əmək müqaviləsinə əsasən tənzimlənəcək.
* İş qrafiki həftəlik 6 gündür. İşin naturasına görə iş saatından əlavə işləmə təbiq ediləcək və rəsmiləşdiriləcək.
* Yemək və qalma yeri şirkət tərəfindən qarşılanır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini [email protected] elektron ünvanına, mövzu hissəsində vəzifənin adını qeyd edərək göndərə bilərlər.
Diqqətinizə çatdırlır ki; bütün müraciətlərə ayrı ayrı, diqqətlə baxılır və bütün namizədlərə ədalətli və bərabər imkanlar verilir. Elanda göstərilən xüsusiyyətlərə ən yaxın namizədlərlə əlaqə saxlanılır. Digər namizədlərin CV- ləri isə daha uygun vakansiyalarda dəyərləndirilmək məqsədilə portala əlavə edilir.