İnformasiya texnologiyaları departamenti - Böyük mütəxəssis

İşin təsviri

İnformasiya texnologiyaları departamenti
İnformasiya texnologiyalarının inkişafı şöbəsi

Böyük mütəxəssis
Təhsil: Ali təhsil (İqtisadiyyat, İT);
Xüsusi biliklər: AİS-in yaradılması sahəsində müasir proqram və texniki platforma üzrə nəzəri biliklər, sistemlərin yaradılması və texniki şərtlərin hazırlanması üzrə bilgilər, müasir ofis proqramları təminatı üzrə biliklər, normativ-metodoloji bazanın yaradılması üzrə bilgilər.
Təcrübə: İT üzrə 1 illik iş təcrübəsi;
Dil bacarığı: Səlis azərbaycan, yaxşı səviyyədə ingilis və ya rus dili bacarığı;
Digər bacarıqlar: Müqavilələrin imzalanması və sistemlərin texniki təsvirə uyğun olaraq tətbiq olunması istiqamətində təchizatçılarla əməkdaşlıq etmək bacarığı, analitik düşüncə və analitik hesabat tərtib etmə, ünsiyyətqurma bacarığı.

Qeyd: Bütün ərizələr yalnız azərbaycan dilində müvafiq qaydada doldurulmuş və Mərkəzi Bankın saytının (www.cbar.az) “Vakansiyalar” bölməsinin “işə qəbul” alt bölməsində yerləşdirilmiş xüsusi müraciət anketi vasitəsilə elektron formada qəbul olunur.