İnformasiya texnologiyaları departamenti - Sistem inzibatçısı

İşin təsviri

İnformasiya texnologiyaları departamenti
Elektron imza üzrə sertifikasiya şöbəsi

Sistem inzibatçısı
Təhsil: Ali təhsil (Riyaziyyat, İT);
Xüsusi biliklər: Müasir proqram və texniki platformalar üzrə nəzəri biliklər, informasiya təhlükəsizliyi üzrə elektron imza, şifrələmə və sertifikatlaşdırma siyasəti sahəsində nəzəri və praktiki biliklər, verilənlər bazasının idarəetmə sistemləri, ofis proqramları və əməliyyat sistemləri üzrə bilgilər, server və şəbəkə avadanlqlarının idarə edilməsi üzrə bilgilər;
Təcrübə: İT üzrə 1 illik iş təcrübəsi;
Dil biliyi: Səlis azərbaycan, orta səviyyədə ingilis və ya rus dili bacarığı;
Digər bacarıqlar: Texniki məsələləri gündəlik danışıq dilində izah etmək, analitik düşüncə və ünsiyyətqurma bacarığı.

Qeyd: Bütün ərizələr yalnız azərbaycan dilində müvafiq qaydada doldurulmuş və Mərkəzi Bankın saytının (www.cbar.az) “Vakansiyalar” bölməsinin “işə qəbul” alt bölməsində yerləşdirilmiş xüsusi müraciət anketi vasitəsilə elektron formada qəbul olunur.