SƏTƏMM üzrə mütəxəssis (Orta Asiya)

İşin təsviri

Vəzifə öhdəlikləri:

• İş yerində əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi;
• İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq və həyata keçirilməsinin təşkil edilməsinə çalışmaq Təlimlə bağlı ödənişləri nəzarətdə saxlamaq;
• SƏTƏMM üzrə sənədləşdirmə işlərini dəqiq həyata keçirmək
• Riskin qiymətləndirilməsini aparmaq və sənədləşdirmək
• SƏTƏMM üzrə uyğunsuzluqları və qüsurları aşkar edərək haqqında tədbir görülməsi üçün tapşırıqlar vermək
• Binaların, qurğuların vı avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etmək
• Struktur bölmələrdə, istehsalatda ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilən tədbirlərdə iştirak etmək
• Sahəyə daxil olanlara giriş təlimatı keçmək, işçilərin əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərdə köməklik göstərmək
• İşçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək
• Xidmət təlimatların işlənib hazırlanmasında köməklik göstərmək
• Mövcud formada və qaydalara uyğun olaraq hesabatlar aparmaq

Tələblər:

• Ali texniki təhsil
• Beynəlxalq layihələrdə SƏTƏMM üzrə minimum 3 il iş təcrübə
• Beynəlxalq sertifikatlar

Maraqlanan namizədlərdən CV-ni "SƏTƏMM üzrə mütəxəssis" mövzusu ilə [email protected] və ya [email protected] elektron poçt ünvanlarına göndərməkləri xahiş olunur.

İşəgötürənin reytinqi