Təlim və inkişaf üzrə menecer

İşin təsviri

İş barədə məlumat

• Korporativ təlim sisteminin inkişafını təmin edir;
• Şirkət daxilində təlim və inkişaf ehtiyaclarını müəyyən edir;
• Bütün struktur səviyyələrdə təlim ehtiyaclarının qiymətləndirilməsini həyata keçirir.
• Təlim ehtiyaclarına və korporativ təlim sisteminə uyğun təlim planı hazırlayır;
• Təlim proqramının yaradılması üzrə kateqoriya menecerləri ilə görüşlər keçirir;
• Plana uyğun olaraq daxili və ya xarici təlimlərin təşkilini həyata keçirir;
• Daxili təlimçilərin komandasını formallaşdırır;
• Kənar təlimçilərin və təlim şirkətlərinin siyahılarını hazırlayır;
• Kateqoriya menecerlərinin tələbinə uyğun olaraq qarşıdan gələn təlim proqramı barədə kənar təlimçilər və təlim şirkətləri ilə danışıqlar aparır;
• Təlimlər təşkil edir: iştirakçıların siyahılarının hazırlayır, təlim materialları ilə təmin edir, iştirakçıların təlim davamiyyətini izləyir və nəzarət edir;
• Xidmət və servis standartları, qeyri-texniki bacarıqlara (soft skills) dair təlim proqramlarının hazırlanmasını həyata keçirir;
• Təlim metodunun və vasitələrinin seçilməsini həyata keçirir;
• Təlimin effektivliyini qiymətləndirir;
• Təlim və inkişaf istiqamətində hesabatlılıq mexanizmini hazırlayır və idarə edir;
• Kateqoriya menecerləri ilə birlikdə brendlərdən xarici təlim üçün müraciətləri təhlil edir;

Tələb olunan bilik və bacarıqlar:

• Ali təhsil;
• Müvafiq sahədə 3 il iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan – əla, İngilis dili - əla, Rus dili - əla.
• Ofis proqramlarında, xüsusi ilə yüksək Excel və Power Point bilikləri;
• Peşə bilikləri və bacarıqları:
- Təlim formatlarına və alətlərinə dair biliklər;
- Personalın öyrədilməsi metodologiyasına dair biliklər;
- ТОТ sertifikatlaşması;
- ARƏM və işçilərin qeydiyyata alınmasını tənzimləyən normativ sənədlər haqqında biliklər;
- Təlim formatında yüksək keyfiyyətli təlimlərin həyata keçirilməsi, qrup dinamikasının idarəedilməsi bacarıqları;
- Anlaşılan nitq və peşəkar ünsiyyət bacarığı;
- Emosional zəka.

Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına 13.05.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Təlim və inkişaf üzrə menecer” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi