Hüquqşünas

  • Prior Leasing
  • Elanın qoyulma tarixi: 11.04.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

- Şirkət fəaliyyətinin qanuna uyğunluğunu təmin etmək
- Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, rəylərin verilməsi
- Şirkət daxilində hüquqi təminat, ekspertiza və təhlil işlərinin aparılması
- Şirkətin hüquqi maraqlarının məhkəmələrdə, hökümət orqanlarında və özəl idarələrdə müdafiəsi, həmçinin məhkəmə işlərinin və məhkəmə qərarlarının icrası proseslərinin aparılması
- Hüquqi şəxslərin, filialların qeydiyyat işlərinin, müvafiq dəyişikliklərin aparılması və qeydiyyata alınması
- Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi;
- Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməsi;
- Rəhbərliyin tapşırıq və sərəncamlarının yerinə yetirilməsi

Namizədə dair tələblər:

- Ali hüquqi təhsil
- Cinsiyyət: kişi
- Bank və ya lizinq sahəsində ən azı 1 il təcrübə
- Konstitusiya, Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası tərəf çıxdığı beynəlxalq müqavilələr üzrə biliklər
- Əmək qanunvericiliyi və normativ – hüquqi aktlar üzrə biliyə və təcrübəyə malik olmaq
- Dil bilikləri: Azərbaycan dili- səlis (yazılı və şifahi), Rus dili- yaxşı .

İş qrafiki:

- 6 günlük iş həftəsi
- Ünvan: Çinar Park B/M, Əhmər Rəcəbli küç. 1/25
- Əmək haqqının miqdarı namizədin malik olduğu bacarıq və biliklərə görə dəyişir

Maraqlanan namizədlər mövzu yerində “Hüquqşünas” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər intervyuya dəvət olunacaqlar.

QEYD: İşə qəbul proseduruna uyğun olaraq vakansiya üzrə namizəd seçimi testləşdirmə və bir neçə mərhələdən ibarət olmaqla müsahibə əsasında həyata keçirilir.

İşəgötürənin reytinqi