Klirinq üzrə Kiçik mütəxəssis/Mütəxəssis

İşin təsviri

Vəzifəyə olan tələblər:

• Ali iqtisadi təhsil;
• Müvafiq sahədə 2 il iş təcrübəsi;
• Kompüter bilikləri (MS Office, Internet);
• Türk , Rus və İngilis dili bilikləri müsbət qarşılanır.

Əsas vəzifələr:

• Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının normativ aktlarına uyğun qaydada əməliyyatların aparılması və bununla əlaqədar bütün lazımi işlərin yerinə yetirilməsi;
• Günsonu fayllarının (kart hesabları, POS və ATM üzrə əməliyyatlar) prosessinq mərkəzindən qəbulu və bank proqramına tanıdılması/müxabirləşmələrin icra edilməsi və günsonu balansın prosessinq mərkəzinə göndərilməsi;
• “Issuing” və “Ekvayring” əməliyyatları üzrə Bank sponsor, Azərikarddaxili və Azərikardxarici banklarla gündəlik klirinqin aparılması, hesab qalıqlarına nəzarət;
• Pos-terminal müqavilələrinin bankın proqramına tanımlanması və müvafiq sənədləşmənin prosessinq mərkəzinə göndərilməsi;
• ATM İnkassasiya öncəsi və sonrası müvafiq aktların yoxlanılması;
• POS terminalların fəaliyyətinin aylıq monitorinqi;
• Kart əməliyyatları, habelə bankın ATM və POS terminallarında aparılmış əməliyyatlara dair "Etiraz əməliyyatları" və mübahisəli əməliyyatlar üzrə işin aparılması;
• Kart əməliyyatları üzrə limitlərin təyin edilməsində iştirak və tətbiqinin təmin edilməsi;

Göstərilən tələblərə cavab verən namizədlər May ayının 20-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Klirinq” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.