Biznesin inkişafı üzrə menecer (marketlər üzrə)

İşin təsviri

Tələblər:

• Marketlərin idarə ediləsi sahəsində azı 5 il iş təcrübəsi;
• Analitik qabiliyyəti yüksək səviyyədə olmalı;
• CRM-sistemi ilə işləmə bacarığı;
• Azərbaycan dilini mükəmməl bilməli. Rus və ingilis dilllərini bilənlərər üstünlük verilir.
Vəzifələri:
• Marketlərdə biznesin inkişafı strategiyasının işlənib hazırlanması;
• Strateji və operativ biznes planlarının hazırlanması;
• Şirkətin uğurlu imicinin yaradılması;
• Marketinq xərclərinin optimallaşdırılması;
• Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi;
• Məhsulların satılması üçün yeni kanalların axtarılması;
• Bazarda mövcud olan şirkətlərin, onların məsullarının və tariflərinin öyrənilməsi və təhlili, bazarın seqmentasiyası;
• Bazarın və rəqiblərin tədqiqatı, bazarın iqtisadi durumunun qiymətləndirilməsi, şirkətin biznes fəaliyyətinin və fəaliyyətə təsir göstərən amillərin davamlı təhlili;

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 5 iş günü, 2 gün istirahət

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq müraciət edə bilərlər:
https://jobs.talhunt.az/optimal/495-biznesin+inkisafi+uzre+menecer+(marketler+uzre)

İşəgötürənin reytinqi