Bank sisteminin operatoru

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

• Bank sistemində əməliyyat gününün açılma və bağlanmasının həyata keçirilməsi;
• Əməliyyat gününün açılması və bağlanması üzrə hazırlıq işlərinin aparılması;
• Proses zamanı yaranan problemlərin vendorla birgə həll edilməsi;
• Həftədə 5 gün olmaqla, saat 19:00-dan proses bitənədək (əksər hallarda saat 22:00 - 23:00-dək) distant şəkildə iş fəaliyyətinin həyata keçirilməsi.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Bank sistemi və bankda icra olunan proseslər haqqında anlayışlar;
• Dil bilikləri: Azərbaycan dili əla, Rus dili yaxşı səviyyədə arzuolunandır;
• Yüksək səviyyədə məsuliyyətlilik;
• Texniki və analitik düşünmə qabiliyyəti;
• Məlumatlar əsasında təhliletmə və düzgün qərarvermə bacarığı;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 14 aprel 2021-ci il tarixinədək email-in mövzu hissəsində “Bank sisteminin operatoru” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi