Satış təmsilçisi (Ekspeditor)

İşin təsviri

Vəzifənin adı : Satış təmsilçisi (Ekspeditor)

Namizədə dair tələblər:

- Ali və Orta təhsil ,
- MS Office ilə qabaqcıl istifadə bacarıqları;
- Komandada işləmə bacarığı;;
- B kateqoriyalı sürücülük vəsiqəsi
- Müştərini qazanmaq qabiliyyəti
- Ünsiyyətcillik
- Dəqiqlik və məsuliyyət
- Yaş: 23-35;

İş barədə məlumat:

- Satış hədəflərinin vaxtlı vaxtında icra olunması
- İşin başlanğıcında anbardan malların təhvil alınması və maşına yüklənilməsi,
- Təyinat məntəqələrinə vaxtında vizitlərin edilməsi,
- Öz rutu üzərində yeni müştərilərin tapılması və onlara məhsulların təklif edilməsi,
- Müştəri borc limitlərinin nəzarətdə saxlanılması ,
- Müştəri borclarının vaxtlı vaxtında yığılması və həmin gün kassaya təhvil verilməsi,
- Yeni satış nöqtələri haqqında vaxtında məlumat alması
- Öhdəliyində olan məhsul, avadanlıq, vəsait və vasitələrin tamlığına və sazlığına görə məsuliyyət daşımaq,
- Şirkəti düzgün təmsil etməyə, bu sahədəki geyim, davranış, etik qaydalar və şirkət dəyər və prinsiplərinə uyğun davranmaq,
- Satışla bağlı rəhbərliyin ona həvalə etdiyi digər vəzifələr və öhdəliklərin icra edilməsi.

İş saatı : 09 :00-18:00

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə ;

İş yeri : Bakı şəhəri, Ulduz metrosu yaxınlığında;

Əmək haqqı fiks fond və satışdan bonuslar əsasında müəyyən olunur və əmək haqqının verilməsində heç bir halda gecikmə ola bilməz;

Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı - [email protected] emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır.