Qiymətli kağızlar və pul bazarında əməliyyat şöbəsinin aparıcı baş mütəxəssisi

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 21.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər

• Yerli şirkətlərin profilinin araşdırılması və kredit riskinin müəyyənləşdirilməsi;
• Şirkətlərin detallı qiymətləndirilməsi: maliyyə hesabatlarının yoxlanması və kapitalın dəyərinin qiymətləndirilməsi;
• Şirkətlərin aid olduğu sektorların araşdırılması və təhlil hazırlanması;
• Proqnozlaşdırma və qiymətləndirmə məqsədli modellərin hazırlanması və tətbiqi;
• Yerli və qlobal bazarlarda gedən trendlərin araşdırılması, izlənməsi və müvafiq hesabatların hazırlanması;
• Bankın investisiya portfelinə nəzarət və idarəçiliyə dəstək;
• Rəhbərlik tərəfindən verilən spesifik araşdırmaların yerinə yetirilməsi.

Tələblər

• Minimum Bakalavr dərəcəsi (əsasən Komputer elmləri, Maliyyə, Maliyyə mühəndisliyi, Riyazi və ya İqtisadi sahədə);
• Yüksək Excel bilikləri və təcrübəsi;
• Yüksək səviyyədə mühasiblik, maliyyə, kəmiyyət analizi və biznes yazışma bacarıqları;
• Yüksək səviyyədə maliyyə modelləşdirilməsi bacarığı;
• Təşkilati bacarıqlar və dinamik mühitdə qoyulan tapşırıqların vaxtında icrası;
• Kodlaşdırma bacarıqları (Python, Java);
• Python, SQL, Tableau və Excel VBA ilə real iş təcrübəsi;
• Tədqiqat, investisiya və və mühasiblik sahəsində 1-3 illik iç təcrübəsi;
• Çoxfunksiyalılıq və komanda mühitidində çalışmaq qabiliyyəti;
• CFA arzuolunandır.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

İşəgötürənin reytinqi