Anbardar

  • Komtec Ltd
  • Elanın qoyulma tarixi: 23.05.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Anbardar

Əsas vəzifə öhdəliklər:

- Anbarda olan mal və materialların təhlükəsizliyini və salamatlığını, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək.

- Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək.

- Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək.

- Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək; istisnalar barədə dərhal mühasibatlığı məlumatlandırmaq.

- Anbardan malları yalnız Şirkət rəhbərliyi tərəfindən təyin edilmiş maddi məsul şəxslərə buraxmaq.

- Mühasbatlıq tərəfindən təyin edilən dövriyyə hesabatlarını müntəzəm olaraq təmin etmək.

- Mal və material mühasibatlığının aparılması üçün qurulmuş mühasibat proqramı və avtomatlaşmış cihazlardan istifadə edərək onlayn və ya real taym rejimində məlumatları daxil etmək.

- Bütün mal və materialların üzərində mühasibatlıq tərəfindən təyin edilmiş kodların olmasını təmin etmək.

- Anbarda yanğınsöndürən vasitələrinin olduğuna və salamatlığına, sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət etmək.

- Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə Anbarda yükləmə-boşaltma işlərini təşkil etmək.

- Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək.

- Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək.

- Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək.

- Anbar təsərrüfatının işinin effektivliyinin artırılması, malların daşınma və saxlanılması xərclərinin azaldılması üzrə tədbirlərin inkişafı/yaradılması və həyata keçirilməsində, Anbar təsərrüfatının təşkilinə müasir hesablama texnika, kommunkasiya və rabitə vasitələrinin tədbiqində iştirak etmək.

- Anbarın işçilərinə rəhbərlik etmək, Anbar işçilərinin işlədikləri vaxtın tabel uçotunu aparmaq

- Sahəni tələb olunan mal, yanacaq və sürtkü material ilə təmin etmək, saxlanılması, sərfiyyatına nəzarəti təmin etmək və sərfiyyata dair hesabat vermək

- Anbara giriş və çıxış yollarının və qapılarının  işlək olmasını təmin etmək, bitişik ərazinin yığıştırılmasını təşkil və nəzarət etmək.

- Mədaxil-məxaric və obyekt daxili rejimin həyata keçirilməsində Mühafizə Xidməti ilə əməkdaşlıq etmək

- Iş təcrübəsi
1-2 il
Dil və İT bilikləri
Azərbaycan, Rus dilləri
MS Excel, MS outlook, ilkin 1C proqrami bilikləri.
[email protected] ünvanına öz CV-lərinizi göndərərkən subject hissədə vakansiya adını qeyd etməniz rica olunur