Mühasib

  • Oil Supply LLC
  • Elanın qoyulma tarixi: 16.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri

• Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunması;
• Hesab-fakturaların hazırlanması, tənzimlənməsi, izlənməsi;
• 1C proqramında işləmə bacarığı: uçotun aparılması, anbar uçotun aparılması və təşkili;
• Gündəlik balansın və dövriyyə məlumatlarının hazırlanmasi;
• E-qaimə fakturaların və VHF yazılması;
• E-portal proqramı ilə işləmək bacarığının olması;
• Satış və debitor borc hesabatın hazırlanması;
• Alış və kreditor borc hesabatının hazırlanması.
• Vergi və DSMF hesabatların hazırlanması.

Namizədə tələblər

• Yaş: 25-40
• Təhsil: Ali (Maliyyə sahəsində olanlara üstünlük verilir)
• İş təcrübəsi: Maliyyə/Mühasibatlıq sahəsində +5 il
• Dil bilikləri: Azərbaycan (əla), Rus və İngilis dili bilmək üstünlükdür
• Kompüter bilikləri: MS Office/Excel, 1C (8.3 versiya) proqramında mükəmməl işləmə bacarığı

İş şərtləri

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• İş qrafiki həftənin 6 günü;
• İş saatı: Həftə içi 09:00-19:00, şənbə günü 09:30-15:00. Bazar günü istirahət
• Əmək Haqqı – 500-800 AZN

Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.

Maraqlanan namizədlərdən öz CV-lərini [email protected] poçt ünvanına, mövzu bölməsində Mühasib yazılmaqla göndərmələri xahiş olunur.