Əmək haqqının hesablanması üzrə mütəxəssis

  • Company
  • Elanın qoyulma tarixi: 12.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

- İşçilərin aylıq əmək haqqının hesablanması;
- Əmək haqqı əməliyyatlarının düzgün və vaxtında yerinə yetirilməsi;
- Şirkətin davamiyyət sisteminə nəzarət edilməsi və lazımi hesabatlılığın aparılması;
- Son haqq-hesab, əmək, sosial, təhsil, ödənişsiz məzuniyyətlərin və xəstəlik vərəqələrinin hesablanması;
- Şirkətin işçilərinə verilən bonus və digər mükafat ödənişlərinin hesablanması;
- Əmək haqqı üzrə tələb olunan korporativ hesabatların və digər zəruri daxili hesabatların hazırlanaraq aidiyəti üzrə təqdim edilməsi;
- Əmək haqqına dair bütün sorğuların həll edilməsi;
- Digər gündəlik əmək haqqı əməliyyatların yerinə yetirilməsi.

Namizədə olan tələblər:

- Ali təhsil;
- MS Office xüsusəndə Excel proqramı üzrə yüksək səviyyədə biliklər;
- Yüksək riyazi biliklərə sahib olmalı;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Yaş məhdudiyyəti yoxdur
- Şirkət hesabına nahar;

Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıq səviyyəsinə əsasən təyin ediləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Əmək haqqının hesablanması üzrə mütəxəssis” yazaraq [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.