Mebel istehsalat rəhbəri

İşin təsviri

Əmək haqqı : 800 - 1000 + bonus
İş Rejimi: I-VI günlər / 09:00 - 18:00

İş Barədə Məlumat

• SAHƏ: Mebel istehsalatı: MDF, LAMİNANT, TAXTA, ŞPON
• İş yeri: Novxanı qəsəbəsi
• istehsal fəaliyyətinin idarə və təşkil edilməsi
• Hazırlanan məhsulun keyfiyyətinin yüksəldilməsi və müştəri məmnuniyyətinin artırılmasının təmin edilməsi.
• Zay məhsul buraxılışının qarşısının alınması
• Bütün ehtiyatlardan qənaətlə istifadə olunması, yeni məhsulun və texnoloji proseslərin mənimsənilməsi, əmək məhsuldarlığının yüksəldilməsi
• Əməkdaşların xidməti fəaliyyətinin qiymətləndirilməsi, daxili nizam-intiazm və təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət. Əməkdaşların iş ərazilərinin təmizliyinin təmin edilməsi.
• Hesabatların vaxtında tərtib edilməsi, yoxlanılması və rəhbərliyə təqdim olunması
• Avadanlığın və başqa əsas vasitələrin vaxtında tənzimlənməsini və texniki cəhətdən düzgün istismarını, onların qrafik üzrə təmirini, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasını
• İstehsalata daxil olan xammalın keyfiyyətinə, məhsulun hazırlanması texnologiyasına və xammalın istifadə normalarına daimi olaraq nəzarət edilməsi
• Məhsulun hazırlanması texnologiyası və digər istehsalat məsələləri üzrə təlimatların keçirilməsi
• İşçilərin iş bacarıqlarının qaldırılması üzrə daimi olaraq işin aparılması, əməyin qorunması və texniki təhlükəsizlik üzrə təlimatların verilməsi
• Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək

Namizədə Olan Tələblər

• Təhsil - Ali (Mexanika, avtomatika və energetika mühəndisliyi, İdarəetmə)
• İş təcrübəsi: 3-7 il (istehsalat üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcək)
• İstehsalatın təşkilini və texnologiyası
• İstehsal olunan məhsulların keyfiyyətinə olan ümumi tələblər
• Xammal və yarımfabrikatların məsrəf normaları
• Əməyin qorunması, texniki təhlükəsizlik, istehsalat sanitariyası və gigiyenası, yanğından mühafizə qaydalarını
• İdarəetmə bacarığı
• İşdə dəqiqlik, məsuliyyətli və komandada işləmək bacarığı
• Operativ və nizam-intizamlı olmaq

Namizədlərdən CV-lərini vakansiya adı qeyd etməklə [email protected] ünvanına göndərmələri xahiş olunur. CV-lərdə şəkilin olması vacibdir.

Diamond Glass Azerbaijan MMC tərəfindən digər vakansiyalar