Hüquqşünas

İşin təsviri

İş barədə:

• Müqavilələrin hazırlanması;
• Əmrlərin, göstərişlərin, sərəncamların tərtib edilməsi, onların qanunauyğunluğunun imza ilə təsdiq edilməsi;
• Müəssisənin tərkibinə daxil olan bütün təsərrüfat subyektlərinin qanuni mənafelərinin qorunmasını təmin etmək;
• Müəssisənin mənafeyini məhkəmə orqanlarında, digər idarə, müəssisə və təşkilatlarda, habelə hüquq mühafizə orqanlarında müdafiə etmək;
• Müəssisə rəhbərliyinin hüquqi xarakterli digər göstərişlərinin yerinə yetirmək;
• Məhkəmə işlərinin nəticələrini öyrənmək və ümumiləşdirmək, müqavilələrin bağlanması və icra praktikasını analiz etmək;
• İddiaların hazırlanması və onlara cavab verilməsi məqsədi ilə arayışların, hesabların, izahatların vaxtında təqdim edilməsinə nəzarət etmək.

Tələblər:

• Ali təhsil (hüquq sahəsi üzrə)
• Microsoft Office proqramlarını bilmək;
• Azərbaycan dilini sərbəst bilmək. (Rus və İngilis dillərini bilmək arzuolunandır)
• İş təcrübəsi min 5 il;
• Mülki, əmək, vergi və prosesual hüquq üzrə qanunverciliyi bilməli;
• Məhkəmə proseslərində iştirak təcrübəsi;
• Səlist danışıq qabiliyyəti;
• Ciddi, məsuliyyətli, perspektivli, səliqəli olmalı;
• Yaş həddi 30 və yuxarı.

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni (Azərbaycan və yaxud rus dilində) mövzu yerinə "Hüquqşünas" yazmaqla [email protected] ünvanına göndərə bilər.