Kreativ menecer

  • Max Print
  • Elanın qoyulma tarixi: 01.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər

• Təhsil - Ali təhsilli (xarici təhsili olanlara üstünlük verilir)
• Təcrübə - Marketinq və ya uyğun sahədə 2-5 il (kreativ agentlik təcrübəsi olanlara üstünlük verilir), namizəd öncədən portfolio və ya layihələrini təqdim etməlidir
• Dil biliyi – Azərbaycan səlis, Rus dili səlis (ingilis dili arzuolunandır)

Vəzifə öhdəlikləri

• Kommunikasiya kanalları üzrə reklam maketlərinin, video və audio reklamların kreativ ideyalarını təmin edir
• Kreativ ideyaların istehsala uyğunlaşmasını həyata keçirir
• Xidmət kateqoriyaları üzrə kreativ dizayn işlər təqdim edir
• Kreativ konseptlər yaradır, həyata keçirilməsini təmin edir
• Kreativ agentliklər üçün brifləri hazırlayır, reklam vendorları ilə işi təşkil edir
• Kreativ kamandanın işlərini koordinasiya edir
• Bazarda yenilikləri izləyir və işə adaptasiyasını təmin edir
• Effektivliyi izləyir və rəhbərliyə hesabatlar təqdim edir
• İdeyalarını təqdim etmək üçün dizayn və foto/video işlərini edir.

Şəxsi keyfiyyətlərə tələblər

• Yaradıcı
• Təşəbbüskar
• Çevik
• Məsuliyyətli
• Komandada işləmə bacarığı
• Stresə davamlı

İş qrafiki: Bazar ertəsi – Cümə 09:00 – 18:00

- Mobil danışıq xərcləri şirkət tərəfindən qarşılanır.
- AR Əmək Məcəlləsinə uyğun ştata alınır. Əmək haqqı: 1000+ (namizədə görə dəyişir)

CV göndərərkən “subject” bölməsində "Kreativ menecer" sözünün yazılması mütləqdir.

E-mail: [email protected]

İşəgötürənin reytinqi

Max Print tərəfindən digər vakansiyalar