Satış təmsilçisi

  • Alyans Tekstil
  • Elanın qoyulma tarixi: 25.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

• Ali təhsil;
• MS Office proqramlarını bilməli;
• Azərbaycan dilində səlis danışıq, rus və ingilis dilləri - orta səviyyədə;
• Yaş: 19-35;
• Daima özünü inkişaf etdirmək və biliklərini artırmaq;
• Fikrini düzgün şəkildə izahetmə qabiliyyəti;
• Yaranan problemli situasiyaları təhlil və həll etmə qabiliyyəti;
• Digər iş yoldaşları ilə müntəzəm koordinasiyalı çalışmaq;
• Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
• Biznes danışıqları aparmaq və təqdimat bacarığı.

Öhdəliklər:

• Şirkət məhsullarının satışını təşkil etmək;
• Soyuq zənglər və yerində görüşlər vasitəsi ilə yeni müştərilər cəlb etmək;
• Cəlb edilmiş müştərilər ilə daim ünsiyyətdə olmaq, şirkətin məhsulları haqqında məlumat vermək;
• Müştəridən gələn sorğuları analiz etmək;
• Müştəridən gələn sorğuya qiymət təklifi hazırlamaq;
• Aylıq, rüblük və illik satış planlarını və hədəflərini yerinə yetirmək;
• Şirkətin potensial və bütün müştərilərinin izlənməsi, məlumatların yenilənməsini həyata keçirmək;
• Həftəlik və aylıq hesabatları hazırlamaq;
• Alıcılarla satış dövriyyəsinin artırılmasını təmin etmək.

İş şəraiti:

İş yeri: Sumqayıt şəhəri
İş rejimi: 5 günlük 08:30-17:30

- AR Əmək məcəlləsinə uyğun sənədləşmə;
- Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq.
- Nahar, korporativ mobil telefon və nömrə şirkət tərəfindən təmin olunur.
- Rahat iş şəraiti.

Uyğun namizədlərin öz CV-lərini mövzu hissəsinə “Satış təmsilçisi” yazmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Növbəti mərhələ üçün yalnız qeyd olunan tələblərə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.