Zootexnik (Auditor)

  • SƏBA
  • Elanın qoyulma tarixi: 24.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

• Sahə üzrə ali təhsil
• Minimum 3 il Zootexnik və ya Baytar Həkim kimi iş təcrübəsi.
• MS Office üzrə kompyuter bilikləri
• Aşağıdakı bəndlər üzrə müfəssəl biliklər:

- Quşların anatomiyası və fiziologiyası.
- Quşların saxlanması və böyüməsi şərtləri üçün əsas baytarlıq və sanitariya tələbləri.
- Quş xəstəliyinin əlamətləri və dezinfeksiyaedici məhlulların tərkibi.
- Yem normaları, yemləmə qaydası və quş növlərinin zülal, vitamin və minerallara olan ehtiyacı.
- Yumurta və quş məhsuldarlığının artırılması üsulları.
- Broyler avadanlıqlarının istismar qaydaları.

Əsas vəzifə öhdəlikləri:

• İnkubasiya və yetişdirmə prosesləri üzrə daxili prosedur qaydalarına əsasən daxili nəzarət nöqtələrinin müəyyən edilməsi üzrə təkliflər vermək.
• İnkubasiya və yetişdirmə sahələrinə müntəzəm baxış keçirmək, proseslərin daxili prosedur qaydalarına və beynəlxalq standartlara (ROSS) uyğunluğunu yoxlamaq.
• Quşların baxımı, vəziyyəti, performansı və hərəkəti barədə müfəssəl məlumat toplamaq, fərdi quş problemlərini müəyyənləşdirmək və hesabatlılığını təmin etmək.
• Şirkətin mövcud vaksinasiya və yemləmə təcrübəsini beynəlxalq standardlara əsaslanaraq dəyərləndirmək.
• Mövcud zootexniki tədbirlərin optimallaşması yollarını araşdırmaq və rəhbər heyətə təkliflər hazırlamaq.
• İnkubasiya və yetişdirmə proseslərinin qəbul olunmuş plana əsasən izləmək, plandan yayınmalar və səbəbləri aydınlaşdırmaq, hesabatlılığını təmin etmək.

CV-lərinizi [email protected] elektron ünvanına, mövzu yerinə vakansiyanın adını yazmaqla göndərməniz xahiş olunur. Yalnız tələblərə uyğun namizədlər seçilərək iş görüşmələrinə dəvət olunacaq.

CV-lərin təqdim edilməsi üçün son tarix 12 Mart, 2021.