Baş metallurq (Daşkəsən rayonu, Çovdar Filiz Emalı sahəsi)

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 22.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

• Xırdalama sahəsində aparılna qırma və xırdalama əməliyyatlarına nəzarət
• Aqlomerasiya prosesi üçün lazım olan qarışıqların düzgün əlavəsinə nəzarət
• Topa Qələviləşdirmə sahəsində qələviləşdirmə prosesinə, Adsorbsiya, Desorbsiya və Emal zavodunda kömürlə adsorbsiya və desorbsiya-elektroliz əməliyyatlarına, kömürün regenerasiyası prosesinə nəzarət
• Laboratoriyada filizdən qızıl çıxımının təyini üçün aparılan testlərə və digər testlərə nəzarət
• Götürülən nümunələrin və nümunə götürülmə üsulunun yaxşı olmasını təmin etmək, tədqiq etmək və lazım olarsa inkişaf etdirmək;
• Bütün testlərin standart əməliyyat prosedurları ilə uyğun olmasına nəzarət etmək;
• Emal sahəsi və qızıl otağında maksimum qızıl çıxımına nail olmaq üçün reaktiv istehlakının optimallaşdırılmasına nəzarət etmək;
• Hasilat prosesində xammalın sərfinin uçotunu və nəzarətini təmin etmək;
• Hasilat prosesi barədə günlük, həftəlik və aylıq hesabatların verilməsinə nəzarət etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
• İstehsalat sahələrinin beynəlxalq standartların tələblərinə uyğun idarəolunması qaydalarını bilməli;.
• Dil və kompüter bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri yaxşı, Microsoft Office proqramlarını bilməli.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali təhsil (müvafiq sahə üzrə);
• Minimum 2 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər azergold.az saytının karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi