Korporativ idarəetmə üzrə Menecer / Korporativ idarəetmə üzrə Baş mütəxəssis

  • Ekvita
  • Elanın qoyulma tarixi: 22.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər, vəzifə və öhdəliklər

• Müəssisədə işçi qüvvəsinin yenidən təşkilinə dair geniş biliklərə sahib olmaq, həmçinin daxili təlimatları nəzərdən keçirmək və təkmilləşdirmək;
• İşçi heyəti üçün təlimat kitabçası, işəgötürmə siyasəti və s. daxil olmaqla, daxili İnsan Resursları (“İR”) təlimatları/sənədləri ilə iş təcrübəsi;
• Korporativ idarəetmə üzrə geniş biliyə sahib olmaq;
• İnstitusional potensialın artırılması və korporativ yenidənqurma təcrübəsi, daxili strukturlar arasında bölmədaxili əlaqələrin inkişafı;
• Yeni strategiya, missiya, vizyonun inkişafı və bütün institusional struktur və əməliyyatların yenidən təşkili;
• Əmək və korporativ hüquqa dair müxtəlif məsələləri təhlil etmək, müvafiq prosedurları araşdırmaq və uyğun praktiki həll yolları təklif etmək;
• Müştəri sənədlərinin hüquqi siyasət və prosedurlar baxımından uyğunluğunu yoxlamaq;
• Müvafiq məsələlər və praktiki sahələr üzrə sənədləri ilkin versiyada hazırlamaq, yoxlamaq, danışıqlar aparmaq və yekunlaşdırmaq.

Tələb olunan keyfiyyətlər və təcrübə

• Bakalavr təhsili vacibdir.
• Magistr təhsilinin olması üstünlükdür. İdeal namizədin xarici universitetlərdən magistr dərəcəsi ola bilər.
• Hüquq üzrə təhsili və/və ya təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.
• Dövlət sektorunda 5-7 il, publik hüquqi şəxslərdə ən azı 2 illik iş təcrübəsi və ya alternativ olaraq müxtəlif fəaliyyət profilli şirkətdə 5-7 illik korporativ idarəetmə üzrə təcrübə (ideal namizədin korporativ və ya İR üzrə 5-7 illik iş təcrübəsi olmalıdır).
Analitik bacarıq
• Güclü analitik bacarıqlar; istənilən əməliyyat zamanı hüquqi məsələləri və riskləri müəyyən etmək bacarığı;
• Müstəqil qərar qəbul etmək bacarığı və təcrübəsi;
• Müstəqil və ya minimum nəzarət ilə hərtərəfli tədqiqat aparmaq bacarığı.

Ünsiyyət bacarığı

• Effektiv dinləyici – diqqətlə dinləmək və verilən bütün təlimatları anlamaq bacarığı;
• Mükəmməl yazı və səlis şifahi ünsiyyət bacarıqları – fikri qısa, açıq və ardıcıl ifadə etmək bacarığı.

Əsas bacarıq və səriştələr

• Düzgün davranış qaydalarına sahib, iddialı, lakin real gözləntiləri olan şəxs;
• Yüksək etik və peşəkar standartlar;
• Gərgin son təslim tarixlərinin öhdəsindən gəlmək və zərurət olduqda çox çalışmaq bacarığı;
• Azərbaycan dilini mükəmməl bilmək (yazılı və şifahi); ingilis və rus dili biliyinin olması üstünlükdür;
• Kompüterlə effektiv işləmə bacarığı;
• Nəzarət olmadan işi planlaşdırmaq və təşkil etmək bacarığı;
• Komanda ilə işləmək bacarığına sahib, əməkdaşlarına hörmət etməli və onları dəstəkləməli;
• Minimum nəzarət vasitəsilə müştərilərlə birbaşa işləmək bacarığı.

Əmək haqqı və töhfələr

• Stabil, etibarlı, stressiz və səmimi iş mühiti;
• Ölkəmizdə və xaricdə təhsil imkanları;
• Uyğun namizədə bacarıq və təcrübə əsasında rəqabətə davamlı əmək haqqı təklif ediləcək;

Maraqlanan namizədlər öz cv-lərini [email protected] ünvanına göndərə bilərlər.

Yalnız mövzu hissəsində vakansiyanın adını (Korporativ idarəetmə üzrə Menecer / Korporativ idarəetmə üzrə Baş mütəxəssis) qeyd etmiş namizədlərlə əlaqə saxlanılacaqdır.