Brend Menecer

  • Superfon
  • Elanın qoyulma tarixi: 17.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

• Bazar və istehlakçı xüsusiyyətlərini araşdırır, onların satınalma davranışlarını izləyir, yeni istehlakçı sinfinin yaradılması istiqamətində təkliflər hazırlayır;
• İllik satış və marketinq büdcələrinin proqnozlaşdırılmasında və izlənilməsində iştirak edir;
• Təsdiqlənən illik fəaliyyət planı çərçivəsində üzərinə düşən çalışmaları icra edir və müvafiq reportlar hazırlayır;
• Bazar payı, satış kanallarındakı hərəkətliliyi, bölgələrdəki satış fərqlərini, mediada məhsulun və rəqiblərin hərəkətləri sahəsində davamlı araşdırmalar aparır;
• Bazar seqmentlərinə görə mövcud məhsulların qiymətinin dəyişdirilməsini, rəqib aktivliyinə görə yeni qiymət strategiyasının formalaşmasını, habelə yeni istehsal edilərək təqdim olunacaq məhsullara qiymət təkliflərinin verilməsini təmin edir;
• Yeni məhsul konseptləri hazırlayır, bazar araşdırması vasitəsilə bu konseptlərin istehlakçı tərəfindən bəyənilib-bəyənilməməsini sınaqdan keçirir;
• Məhsulun qablaşdırılması, reklam, çap materialları, promosyonların hazırlanmasını təmin edir, bunların məhsul strategiyasına və marka bütünlüyünə uyğun şəkildə aparılmasına nəzarət edir;
• Reklam briflərini, satış promo materialların ilkin variantlarını hazırlayır və işin gedişatına nəzarət edir.

Tələblər:

• Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi;
• Ali təhsil (İqtisadiyyat,Marketinq,Kommersiya);
• Dil bilikləri:Azərbaycan və ingilis dillərini mükəmməl səviyyədə bilməlidir;
• MS Office proqramlarından sərbəst istifadə bacarığı olmalıdır;
• Marketinq sahəsi ilə əlaqədər sertifikatların olması üstünlükdür.

Təminatlar:

• Nahar ilə təmin edilmə;
• Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
• 6 günlük iş qrafiki;
• Korporativ mobil nömrə;
• Qanunvericliyin tələb etdiyi formada işəqəbul prosesi.

Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Müraciət qaydaları:

CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “ Brend menecer” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 19.03.2021

İşəgötürənin reytinqi