Əməliyyatların təhlükəsizlik təminatı şöbəsinin mütəxəssisi

İşin təsviri

.Ümumi vəzifə öhdəlikləri:

• Mövcud “NGF Firewall”-ların administrasiyası;
• “Web Application Firewall”-un administrasiyası;
• Yeni və mövcud “Web Application”-ların təhlükəsizliyinin təhlili;
• RADIUS və TACAS+ serverlərinin administrasiyası;
• Şəbəkə, server və proqram təminatlarının zəifliklərinin aşkar edilməsi (vulnerability scanning);
• İPS sistemlərinin administrasiyası;
• 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyinin təmini;
• Email təhlükəsizliyi sisteminin administrasiyası;
• Şəbəkə və “application” üzrə monitorinq sistemlərinin administrasiyası;
• VPN rabitəsinin qurulması və təhlükəsizliyin texiniki sahəsi üzrə digər tapşırıqların icrası.

Namizədə qarşı tələblər:

• Ali təhsil (təhsil aidiyyatı sahə üzrə arzuolunandır);
• Müvafiq sahə üzrə minimum 3 illik iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus və İngilis dili (yaxşı);
• Veb təhlükəsizlik (Web Application Firewall) parametrlərinə dair biliklər;
• AAA, RADIUS, TACAS+ barədə biliklər;
• Yeni nəsil firewall-lar (NGFW) barədə biliklər;
• Anti-virus, Anti-Malware sistemləri barədə biliklər;
• Vulnerability scanning proqramı üzrə biliklər;
• Penetration testing barədə biliklər;
• Müdaxilələrin qarşısının alınması sistemləri (IPS) üzrə biliklər;
• 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyi barədə biliklər;
• Email təhlükəsizliyi, monitorinq sistemi və VPN texnologiyaları üzrə biliklər;
• İnformasiya təhlükəsizliyi standartları haqqında biliklər (ISO/IEC 27001, NIST, PCI-DSS və s.).

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 fevral 2021-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Əməliyyatların təhlükəsizlik təminatı şöbəsinin mütəxəssisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi