Biznes Analitik

  • Super Toys
  • Elanın qoyulma tarixi: 15.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri :

• Yeni istehsalçıların müəyyən edilməsi, mütəmadi daxili və xarici bazarın monitorinqinin həyata keçirilməsi;
• Rəqiblərin qiymət və marketinq təkliflərinin müəyyən olunması;
• Marketinq və biznesin inkişafı istiqamətində yeni və mövcud məhsul və xidmətlərlə bağlı təhlillər aparılması;
• Məhsul və xidmətlər üzrə satış və müştəri məlumatlarının toplanması və təhlili;
• Şirkətin rəhbərliyinə, habelə digər struktur bölmələrə aylıq, rüblük və. s. hesabatların daxili qaydalarla razılaşdırılmış müddətdə təqdim edilməsi;
• Məhsul kateqoriyasının müəyyən edilməsi;
• Proqnozlaşdırma prossesində iştirak edilməsi, büdcə və layihə üzrə hesabatların aparılması;
• Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi;
• Biznes tələblərinə görə analitik hesabatların hazırlanması;

Namizədə Tələblər :

• Ali təhsil (İT idarəetmə, İnformasiya Sistemləri, Tətbiqi Riyaziyyat, İqtisadi Kibernetika və oxşar sahələrdə ali təhsili olan namizədlərə üstünlük verilir);
• İT sahəsində biznes analitik və ya sistem analitiki vəzifəsində ən azı 2 il iş təcrübəsi;
• Sistem Tələblərinin Spesifikasiyası (Analiz sənədi) və digər sənədlərin hazırlanmasında iş təcrübəsi;
• Analitik düşüncə tərzi, komandada işləmə və ünsiyyət qurma bacarığı.
• Kompüter biliyi: yüksək səviyyədə MS Office bilikləri, SQL;
• Mailliyyə bilikləri

Şirkət təklif edir:

• İş yeri: Sədərək ticarət mərkəzi;
• Əmək haqqı – namizədin bilik, bacarıq və təcrübəsinə əsasən razılaşma yolu ilə təyin olunacaq;
• Rəsmi qeydiyyat;

Qeyd: Namizədlərdən mövzu hissəsində “ Biznes Analitik” vakansiya adını göstərməklə öz cv-lərini [email protected] elektron poçt ünvanına göndərmələrini xahiş edirik. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət ediləcəklər.