Hüquqi ekspertiza sektorunun müdiri

  • Company
  • Elanın qoyulma tarixi: 14.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Azərbaycan milli qanunvericiliyi (mülki, vergi, maliyyə) üzrə dərin biliklərə malik olmalı;
• Azərbaycan qanunvericiliyini Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə və konvensiyalar kontekstində effektiv şərh və tətbiqetmə vərdişlərinə malik olmalı;
• Daxil olmuş sorğular əsasında hüquqi təhlil və ekspertizaların aparılmasını təmin edə bilmək;
• Yüksək induktiv və analitik təhlil etmə bacarığına malik olmalı;
• İş prosesində dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
• Effektiv hüquqi yazı vərdişləri;
• İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
• Operativlik, gərgin iş rejimində işləmək, problemləri həll etmə, qərarvermə və təşkilatçılıq bacarığı;
• Komanda da işləmək bacarığı, şəxsi və peşəkar inkişaf, müxtəlif hüquq sahələrini əlaqəli təhlil etmə bacarığı;
• Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), rus dili (yaxşı);
• Kompüter bilikləri: Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali hüquq təhsili;
• Hüquq sahəsi üzrə ali magistr dərəcəsinin olması arzuolunandır;
• Müvafiq sahəyə uyğun sertifikatların olması arzu olunandır;
• Minumum 2 il idarəetmə təcrübəsi;
• Hüquqi ekpertiza ilə əlaqəli istiqamətlər (elmi tədqiqatlar, araşdırmalar) üzrə minimum 3 il olmaqla ən azı ümumi 4 il iş təcrübəsi;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Hüquqi ekspertiza sektorunun müdiri" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.