Satış məsləhətçisi

  • İdeal Dizayn
  • Elanın qoyulma tarixi: 06.05.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Satış məsləhətçisi
İş vaxtı:
Beş gün, 09:00-dan 19:00-dək

Öhdəliklər:

- Müştərilərin ehtiyaclarını öyrənir
- Müştəriyə məhsulun təqdimatını edir və ən uyqun təklifi verir
- Müştərilərdən gələn etirazları qarşılayır və satışı bağlayır
- Köhnə müştərilərlə mütəmadi əlaqə saxlayır, yeni ehtiyaclarını öyrənir, onların rəqib şirkətlərə getməmələri üçün tədbirlər görür
- Müştərilərə gedəcək sənədlərin (kommersiya təklifi, müqavilə və digərləri ) vaxtında hazırlanmasına nəzarət edir və müştəriyə çatdırır
- Günlük fəaliyyətlərini müəyyən edilmiş qaydada gündəlik qeyd edir və satış rəhbərinə etdiyi işlərlə əlaqədar hesabat verir
- Bazarda olan prosesləri izləyir, analiz edir və marketinq fəaliyyətləri üçün informasiya və  təkliflər verir
- Qarşısına qoyulan hədəfləri və  satış planını yerinə yetirir
- -Gərəkli olduğu halda müştərilərdən sifariş götürmək üçün görüşə gedir


Tələblər

- Ali təhsilli ( ən az bakalavr)
- Ən azı 1 il satış  sahəsində təcrübəli
- Kompyuter bilikləri : “Microfost Excel, Office və Power Point, Internetdə araşdırma” .
     -     Dil bilikləri: Azərbaycan dili ( Əla), Rus dili ( Yaxşı), İngilis Dili             (orta)


Şəxsi keyfiyyətlər:

 - Qərar qəbul etmək qabiliyyəti
- Güclü ünsiyyət və danışıq aparmaq qabiliyyəti
- Dəqiq və işinə qarşı məsuliyyətli olmaq
- Problemləri həll etmə bacarığı
- Komanda şəklində işləmək qabiliyyəti
- Analiz etmək qabiliyyəti
- Müştərilər tərəfindən gələcək etirazları səbrlə dinləmək və qarşılamaq qabiliyyəti
- Müştərini qazanmaq qabiliyyəti
Yaş həddi:
 22-30

Bu vakansiya ilə  maraqlananlar CV-ni e-mail vasitəsi ilə göndərə bilərlər. Mövzu yerinə Satış məsləhətçisi sözünü yazmağınız xahiş olunur.
[email protected]
www.idealdizayn.az