Dizayner konstruktor (məhsul layihələndirməsi üzrə)

  • İdeal Dizayn
  • Elanın qoyulma tarixi: 23.02.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 

Azərbaycanın ofis mebeli üzrə ən böyük mağazalar şəbəkəsinə sahib olan İdeal Dizayn 2000-ci ildə Embawood şirkətinin ofis mebeli brendi olaraq yaradılıb və Azərbaycanda ofis mebellərinin istehsalını və satışını həyata keçirir. Ətraflı məlumat üçün daxil olun: www.idealdizayn.az


 Bakı, Azerbaijan

Vəzifə Dizayner-konstruktor

İş vaxtı:
 Beş gün, 09:00-dan 18:00-dək

Öhdəliklər:
 

• AutoCad proqramında texniki cizgilərin işlənməsi
• Modelin qiymətinin hesablanması üçün hazırlanması
• Yeni detalların alışı üçün təchizatçı ilə koordinasiya
• Yeni detalların qiymətləri haqqında uçotçuya məlumat vermək
• Modelin istehsala verilməsi və nəzarəti
• Pilot variantın təsdiqlədilməsi
• Seriyaya veriləcək modelin pasportunun hazırlanması
• Birbaşa rəhbərə həftəlik raportun hazırlanması
• Şirkətin nizamnaməsinə uyğun bölmə rəhbərinin digər tapşırıqlarının həyata keçirilməsi

Tələblər
 

- Ali təhsilli (Memarlıq, Rəssamlıq)
- Ən azı 1 il dizayn sahəsində təcrübə
- Kompyuter bilikləri : “Autocard, 3DMAX ,Microsoft Office və Power Point” .
 
Şəxsi keyfiyyətlər:
 

- Danışıq aparmaq qabiliyyəti
- Dəqiq və işinə qarşı məsuliyyətli olmaq
- Problemləri həll etmə bacarığı
- Komanda şəklində işləmək qabiliyyəti
- Analiz etmək qabiliyyəti

Yaş həddi:
 

21-35 yaş arası

Bu vakansiya ilə  maraqlananlar CV-ni e-mail vasitəsi ilə göndərə bilərlər. Mövzu yerinə dizayner-konstruktor sözünü yazmağınız xahiş olunur.
[email protected]
[email protected]