Risklərin idarəolunması (əməliyyat) üzrə mütəxəssis

  • PASHA Insurance
  • Elanın qoyulma tarixi: 11.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və Öhdəliklər:

• Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
• Risklərin idarəedilməsi ilə bağlı metodologiyaların hazırlanmasında iştirak etmək;
• Mütəmadi olaraq risklərin qiymətləndirilməsində iştirak etmək və nəticəsində risk xəritəsini hazırlamaq;
• Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal məlumat vermək;
• Əməliyyat risklərinin qiymətləndirilməsini və təhlilini həyata keçirmək. Aylıq əsasda risk hesabatlarını hazırlamaq;
• Risk iştahının hazırlanmasında iştirak etmək;
• Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə Cəmiyyətin digər departamentlərindən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
• Risk məsələləri ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək;
• İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş insidentləri təhlil etmək, risklərin aradan qaldırılması üçün təkliflər vermək;
• Şirkətin aidiyyəti struktur bölmələri ilə birgə fövqəladə hallar planının hazırlanmasında iştirak etmək;
• Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar.

BİLİKLƏR

• İqtisadiyyat, Maliyyə və ya Riyaziyyat təhsili;
• Kompüter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
• Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili bilikləri arzuolunandır.

TƏCRÜBƏ

• Risklərin idarə olunması, audit, maliyyə üzrə minimum 1 il təcrübə (Sığorta şirkətlərinin birində və ya Big4 şirkətlərində təcrübəli namizədlərə üstünlük verilir);

BACARIQLAR

• Təqdimat bacarıqları;
• Komandada işləmək bacarığı;
• Yaxşı ünsiyyət bacarığı;
• Məntiqi və analitik düşüncə;
• Risklərin müəyyən edilməsi və qarşısının alınması tədbirləri;
• Stresə davamlılıq;
• Təşəbbüskarlıq;
• Məqsədyönlülük;
• Emosional stabillik və məsuliyyətli olmaq.

Son müraciət tarixi: 26 Fevral 2021-ci il.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

İşəgötürənin reytinqi