Satınalma üzrə aparıcı mütəxəssis

  • STP Global Cable
  • Elanın qoyulma tarixi: 08.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Bizim üçün ideal namizəd :

- Ali təhsil;
- Müvafiq sahədə 3 - 5 il iş təcrübəsi;
- Microsoft Office proqramlarını bilməli;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus/ingilis dili bilgisi əlavə üstünlükdür);
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
- İşgüzar və məsuliyyətli olmalı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti olmalı;

Hansı işləri görəcəksiniz :

- Təchizat ehtiyaclarını proqnozlaşdırılması, proqnozlaşdırılan satınalma ilə işin icrası zamanı meydana çıxan fərqlərin araşdırılması və aradan qaldırılması;
- Tələb olunan məhsul/xidmət üzrə bazar araşdırmasının aparılması və analiz edilməsi;
- Tədarükçü şirkətlərlə danışıqlar və yazışmaların həyata keçirilməsi;
- Tədarükçü şirkətlərin fəaliyyətlərinin analizinin aparılması;
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
- Etibarlı tədarükçülər bazasının yaradılması və idarə edilməsi və yenilənməsi ;
- Satınalma prosesinin prosedurlara uyğun formada həyata keçirilməsi;
- Risklərin minimallaşdırması məqsədi ilə müqavilə şərtlərinin analizinin aparılması;
- Şirkətdaxili xərclərin azaldılma siyasətinin həyata keçirilməsi;
- Struklardan gələn satınalma və ya təchizat tələblərini nəzərdən keçirilməsi, satınalma sifarişlərinin hazırlanması və müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edilməsi;
- Qüsurlu və ya qəbul edilməsi mümkün olmayan yeni malların, xammalın və ya xidmətlərin təchizatçılar ilə müzakirə edilməsi və problemin aradan qaldırılması üçün islahedici və qabaqlayıcı tədbirlərin görülməsi;
- Sənədləşmə işlərinin (təkliflərin yığılması və qiymət cədvəllərinin hazırlanması) həyata keçirilməsi.
- Tapşırıqların müəyyən edilmiş müddətlərdə görülməsi;

Nə əldə edəcəksiniz ?

- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
- Davamlı karyera imkanı;

Əlavə məlumatlar :

- Əmək haqqı 1200-1500 AZN (net);
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir;
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma üzrə aparıcı mütəxəssis” yazaraq, 10 mart 2021 – ci il tarixinədək, [email protected] , [email protected] ünvanlarına göndərilməsi xahiş olunur.