Layihələr üzrə mütəxəssis

İşin təsviri

Vəzifə və öhdəliklər:

- Layihələrin planlaşdırılması, yazılması, icrası prosesinin koordinasiyası;
- Layihələrin icrası üçün maraqlı tərəflərin və ixtisaslı kadrların cəlb edilməsi;
- Yerli və beynəlxalq tədbirlərin idarə edilməsi, görüşlərin təşkili;
- Yerli və əcnəbi həmkar təsisatlarla, o cümlədən ekspertlərlə münasibətlərin yaradılması, inkişaf etdirilməsi və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi.

Tələblər:

- İctimai münasibətlər, beynəlxalq əlaqələr, idarəetmə, siyasi elmlər, kommunikasiya və ya digər əlaqəli sahələr üzrə ali təhsil;
- Mərkəzin fəaliyyətinə maraq və araşdırma istiqamətləri üzrə ümumi dünyagörüşü;
- Ünsiyyət, təşkilatçılıq və təqdimat bacarıqları;
- Azərbaycan və ingilis dillərində yazılı və şifahi kommunikasiya bacarıqları (əlavə olaraq üçüncü dil biliyi olanlara üstünlük veriləcək);
- Komandada işləmək bacarığı, təşəbbüskarlıq və inkişaf üçün motivasiya;
- MS Office, Google Drive, onlayn axtarış sistemləri və sosial media kanalları ilə iş üzrə təcrübə.

- 20-30 yaş qrupuna aid olan namizədlərə üstünlük veriləcək.

- Əmək haqqı iş rejimi və sahə üzrə təcrübədən asılı olaraq namizədlə razılıq əsasında müəyyən ediləcək.

Maraqlanan şəxslərin “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə öz tərcümeyi-halını (CV) [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız müsahibəyə dəvət edilən namizədlərlə əlaqə saxlanılacaq.