Elektrik Mühəndisi

  • DAAX
  • Elanın qoyulma tarixi: 02.05.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ELEKTRİK TEXNİKİ/MÜHƏNDİS

YER: Bakı Alov Qüllələri Kompleksi və Heydər Əliyev Mədəniyyət Mərkəzi 


DAAX Facility Management” Şirkəti Azərbaycanın və Bakının daimi inkişaf layihələri çərçivəsində açılmış olan, Residence Tower, İş mərkəzləri, Ticarət Mərkəzləri digər qapalı və açıq ərazilərin idarəedilməsi üzrə xidmətlər təklif etməkdədir. Hazırda Bakı Alov Qüllələri Kompleksində (Milli Məclisin qarşısında) və Heydər Əliyev Mədəniyyət Mərkəzində işləmək üçün yüksək ixtisaslı Elektrik Mühəndisi vəzifəsinə namizədlər axtarılır.


• Bütün elektrik sistemlərinin tam güçü ilə və saz vəziyyətdə işləməsini operator olaraq təmin etmək və nəzarət işini gercəkləşdirmək
• Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması və zamanında müdaxilə edilməsi;
• Elektrik avadanlıqlarına mütamadı qaydada texniki baxişın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz vəziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirmək;
• Elektrik sistemlərinə aid olan qeydiyyatların mütamadi qaydada tutulması və hesabatlılığın aparılması və bütün önləyiçi tədbirlərin alınması;
• Elektrik avadanlıqlarının texniki cəhətdən sazlığına nəzarət etmək;
• Göstərilən bütün işlərin təyin olunan standartlardan daha yüksək olmasını təmin etmək.
• Gərgin və yüksək templi iş mühitinə uyğunlaşmaq qabiliyyəti.

Tələblər:

• Mürəkkəb texniki-elektrik qurğulara və avadanlıqlara malik tikililərdə elektrik/ elektron sistemlərini işlədə bilmək təcrübəsinə malik olmalı (ən az 3 il);
• Elektrik/ elektronika üzrə ən az texniki peşə təhsilinə və ya ali təhsilə malik olmalı;
• 26-45 yaşlarında;
• SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) mövzusuna ciddi əhəmiyyət verməli;
• Növbəli iş rejimində çalışmaq imkanına malik olmalı.

Seçilmiş namizədlər xüsusi təlim keçəcəklər.

Namizədlərdən  3x4 ölçüdə şəkil əlavə olunmuş tərcümeyi halını (CV) [email protected] ünvanına göndərməyinizi və elektron məktubun mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını (Elektrik texniki/mühəndis) göstərməyinizi xahiş edirik.
Yalnız tərəfimizdən seçilən namizədlər ilə əlaqə yaradılacaqdır.