Tea lady

  • DAAX
  • Elanın qoyulma tarixi: 09.09.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri


2010-cu ildə əsası qoyulan “DAAX İnvestment & Management”-in fəaliyyətinin əsas sahələri əmlak və aktivlərin idarə edilməsi, lizinq, daşınmaz əmlak və layihələrin idarə olunması, bazar tədqiqatı və məsləhət xidmətlərindən ibarətdir. Şirkət Azərbaycanın və Bakının daimi inkişaf layihələri çərçivəsində açılmış olan, Residence Tower, İş mərkəzləri, Ticarət Mərkəzləri, digər qapalı və açıq ərazilərin idarəedilməsi üzrə xidmətlər təklif etməkdədir. Hazırda Bakı Alov Qüllələri Kompleksində (Milli Məclisin qarşısında) yerləşən və Kompleksdəki ofislərin, yaşayış evlərinin və ticarət mərkəzindəki obyektlərin lizinqi, satışı və kirayəsi ilə məşğul olan “DAAX Asset Management” şirkətində işləmək üçün Çayçı vəzifəsinə namizədlər axtarılır.

Vakansiya :   Çayçı xadimə - Tea lady 
İş yeri :  “Alov Qüllələri” Kompleksi (Flame Towers), Bakı, Azərbaycan

Tələblər
• Orta Təhsil;
• Təmizlik və xidmət sektorunda ən az 3 il iş təcrübəsi;
• 26-40 yaşlarında
• Məsuliyyətli, enerjili və sağlam;
• İşini sevən, rəhbərləri ilə müsbət münasibət qura bilən;
• Əlavə iş saatlarında işləmək imkanına malik olan;
• Təmizlik ləvazimatları və avadanlıqlarından istifadə bacarığı.
Vəzifə öhdəlikləri:
• Vaxtı-vaxtında işə gəlmək;
• Ofisin daxili isçilərinə və ofisə gələn qonaqlara çay vermək
• İş saatı səhər 09:00-dan axşam 18:00-a qədərdir
• Nahar fasiləsi 13:00-dan 14:00-a qədərdir.

Namizədlərdən  3x4 ölçüdə şəkil əlavə olunmuş tərcümeyi halını (CV) [email protected] ünvanına göndərməyinizi və elektron məktubun mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını (Çayçı) göstərməyinizi xahiş edirik.
Yalnız tərəfimizdən seçilən namizədlər ilə əlaqə yaradılacaqdır.