Layihə meneceri

İşin təsviri

İş barədə qısa məlumat

• Brendbuka, pərakəndə satış məntəqələrinin optimal istifadəsinə və aptek müəssisələrinə tətbiq olunan qaydalara riayət etməklə yeni aptekərin qrafik/memarlıq dizaynını hazırlayır;
• Texniki çertyojları hazırlayır və yoxlayır, material və mebel tələblərini və təkliflərini araşdırır, uyğun olan təklifi, mexaniki, elektrik və santexnika (MES), habelə mebel sifarişlərini təsdiq və təqdim edir;
• Müştəri, aptekin yerləşəcəyi sahənin sahibi, subpodratçılar və təchizatçılar arasında koordinasiya yaradır. Subpodratçılar, təchizatçılar və müxtəlif layihə iştirakçıları ilə qiymətlərin razılaşdırılmasını təmin edir;
• Sahədə tamamlanan işlərə əsasən subpodratçılardan gələn hesab-fakturaların yoxlanılmasını həyata keçirir;
• Müəyyən edilmiş sahə üzrə əvvəlcədən mənbələrin araşdırılması və təşkil edilməsini təmin edir;
• Sahədə tamamlanan işlərin keyfiyyətini və çertyoja uyğun olmasına nəzarəti həyata keçirir. Sahədə qayda və prosedurları tətbiq edir. Azərbaycanın müxtəlif bölgələrində yerləşən sahələrə şəxsən nəzarət edir.

Tələb olunan bilik və bacarıqlar:

• Təhsil: Ali/Bakalavr
• İş təcrübəsi: İnşaat sahəsi üzrə 3 ildən çox iş təcrübəsi.
• Dil bilikləri:
- Azərbaycan və Rus dilləri – mükəmməl.
- İngilis dili – arzuolunandır.
• Peşə bacarıqları:
- Kommersiya danışıqları aparmaq bacarıqları
- Planlaşdırma bacarığı
- Məntiqi yanaşma
- Detallara diqqət
• Kompüter bilikləri: MS office, AutoCAD

Əmək haqqı iş təcrübəsi və peşəkar keyfiyyətlərinə əsasən müəyyən olunacaqdır.

Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına 05.03.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Layihə meneceri” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi