Korporativ hüquq üzrə menecer

  • STP Alüminium
  • Elanın qoyulma tarixi: 04.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Bizim üçün ideal namizəd:

- Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilən;
- Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsi olan, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilən;
- Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilən;
- Rus və ingilis dillərini mükəmməl səviyyədə bilən;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik;
- İşgüzar və məsuliyyətli;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olandır.

Hansı işləri görəcəksiniz:

- Daxili korporativ aktların, əmr, təlimat, qayda və prosedurların, əsasnamələrin hazırlanmasında iştirak, onların hüquqi ekspertizası;
- Cəmiyyətin struktur bölmələrinin yazılı sorğularına əsasən praktik işlərində əmələ gələn hüquqi məsələlər üzrə izahat və məsləhətlərin verilməsi;
- Cəmiyyətin fəaliyyətinə hüquqi dəstəyi təmin etmək;
- Məxfilik, birgə əməkdaşlıq razılaşmaları və digər spesifik əqdlərin hazırlanması və hüquqi ekspertizası;
- Cəmiyyət daxili normativ sənədlərin layihələrinin hazırlanması, həmin sənədlərə dair hüquqi rəylərin verilməsi;
- Müxtəlif biznes məhsulları üzrə və layihələr üzrə müqavilə nümunələrinin hazırlanması;
- Cəmiyyətin fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunması baxımından zəruri olan əlavə və dəyişikliklərin edilməsi;
- Təchizat, xidmət və satış müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək;
- Cəmiyyətin biznes tərəfdaşları və dövlət orqanları ilə münasibətdə hüquqi dəstəyin verilməsi;
- Rəhbərliyinin hüquq xarakterli digər tapşırıqlarının yerinə yetirilməsi.

Nə əldə edəcəksiniz?

- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Adekvat əmək haqqı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
- Davamlı karyera imkanı.

Əlavə məlumatlar:

- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən nahar və nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00, 5 günlük iş həftəsi;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Korporativ hüquq üzrə menecer” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.