Layihələrin idarə edilməsi üzrə baş mütəxəssis

  • Dövlət qurumu
  • Elanın qoyulma tarixi: 04.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələb olunan təhsil və iş təcrübəsi:

• Tam ali təhsil (xaricdə təhsil alanlara üstünlük veriləcəkdir);
• Analoji sahə üzrə 4 il iş təcrübəsi;
• Beynəlxalq sertifikatın olması (PMP) arzuolunandır;
• Yüksək səviyyədə təqdimat və ünsiyyət qurma bacarığı;
• Səlis Azərbaycan dili və yüksək səviyyədə ingilis və rus dili bilikləri;
• Layihələrin idarə edilməsi üzrə biliklər;
• Kütləvi informasiya vasitələri ilə iş bacarığı, KİV-in strukturu və funksiyaları üzrə biliklər;
• İT resursları və ofis proqramları ilə işləmək bacarığı;

Vəzifə üzrə öhdəliklər və fəaliyyətlər :

• Xidmətin beynəlxalq strategiyasının hazırlanması;
• Beynəlxalq layihələrin idarə olunması;
• Xidmətin beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq əlaqələrini yaradılması;
• Xidmətin beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları ilə əməkdaşlığın hüquqi əsasını təşkil edən beynəlxalq müqavilə layihələrinin hazırlanmasında iştirak edilmək;
• KİV-də xidmətin funksional istiqamətləri üzrə materialların rüblük və illik monitorinqinin aparılması, analitik informasiyaların hazırlanması;
• İnformasiyanın KİV üçün yararlılığının təhlil edilməsi və yayımlanmasının təmin edilməsi;
• Rəhbərliyin tələb istiqamətlərinə uyğun informasiya ilə təmin edilməsinə, ölkədə və dünyada baş verən mühüm hadisələr və baş verən yeniliklər barədə icmallarının hazırlanmasına nəzarət edilməsi;
• Mətbuat konfransları və brifinqlərin təşkil edilməsi;
• Sosial media hesablarının idarəedilməsinin təmin edilməsi;
• Xidmətin strateji və taktiki fəaliyyət planlarının tərtib edilməsində iştirak etmək.

İş şərtləri:

• Həftə içi: 09:00 - 18:00-dək (nahar vaxtı saat 13:00-14:00)
• İstirahət günləri – şənbə və bazar günləri
• Əmək haqqı – müsahibənin nəticəsinə uyğun olaraq müəyyən olunacaqdır

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaqdır.