Keyfiyyət idarəetmə sistemləri üzrə mütəxəssis

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 02.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

• Keyfiyyətin idarəedilməsi sistemlərinin tələb olunan bütün proseslərinin yaradılması və onları işə salınması, təkmilləşdirilməsi və inkişafının təmin edilməsi;
• Funksional prosedur və təlimatların yaradılması, işləkliyinin təmin edilməsi və təkmilləşdirilməsi;
• İnteqrəedilmiş Menecment Sistemlərinin (ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018) tələbləri və prinsiplərini müntəzəm olaraq hərtərəfli təhlil edilməsi və bu istiqamətində işlərin icrasının təşkili;
• İnteqrəedilmiş Menecment Sistemlərinin (ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018) tələbləri istiqamətində risklərin idarə olunması prosesinə yardım etmək;
• Təsdiq edilmiş plana uyğun yoxlamaların keçirilməsinin təşkili, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində tənzimləyici tədbirlərin icrasına nəzarət edilməsi və onların səmərəliliyinin qiymətləndirilməsi;
• Cəmiyyəti cari qarşılıqlı münasibətlər və əməkdaşlıq inkişafı məsələləri üzrə xarici təşkilatlarda və dövlət orqanlarında səlahiyyətli nümayəndə qismində təmsil etmək;
• Əmək funksiyalarına uyğun görülmüş işlər, verilən göstəriş və tapşırıqların icrası barədə şöbənin müdirinə (onun tələbinə əsasən) məlumat vermək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
• Korporativ məlumat sistemində işləməyi bacarmalı;
• İdarəetmə Sistemləri və auditi üzrə müvafiq sertifikatlarıa malik olmalı; (ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018)
• Dil və kompüter bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri arzuolunandır, Microsoft Office və digər proqramları bilməli.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali təhsil;
• Minimum 2 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər azergold.az saytının karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi